Yeni təqvim ilinə sayılı saatlar qalır...
“Yeni il” bayramının yaranmasının təxminən 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Bayramın ən maraqlı məqamlarından biri, dünyanın fərqli yerlərində insanların bayramı öz öz adət-ənənələrinə uyğun qarşılamalarıdır. Bəzi yerlərdə Milad bayramı kimi qeyd olunan bu gün, bu təqvimdən istifadə etdiyimiz üçün bizlər üçün də təqvim ilimizin bitməsi, yeni təqvim ilinin başlaması kimi yadda qalacaq.
31 dekabr tarixi bütün dünya azərbaycanlıları üçün eyni zamanda başqa bir əlamətdar gün kimi qeyd edilir. Bildiyiniz kimi söhbət Dünya Azərbaycanlılarının Həmrəylik günündən gedir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü çoxmilyonluq Azərbaycan diasporunun əziz bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzidir.
Məhz bu səbəblərlə, Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan yüksək keyfiyyətli zeytun yağları - "Zeytun Bağları" markası Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə təbrik edir, bu bayramın harada olmasından asılı olmayaraq bütün həmvətənlərimizə xoşbəxtlik, ürəklərə ümid, süfrələrə bolluq və bərəkət gətirməsini diləyir!
"Zeytun Bağları" zeytun yağı ən yüksək keyfiyyət normalarına riayət olunaraq hazırlanır. Yağların istehsal edildiyi Bakı Yağ Fabrikində ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemlərinin qurulması, ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
Bayram süfrələrinizin ən ləziz təamlarını həssas keyfiyyət göstəricilərinə sahib olan "Zeytun Bağları" zeytun yağları ilə hazırlamağınızda fayda var! "Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Bayramınız mübarək!