Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur: Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayı son bir il ərzində 61% azalıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz şəbəkəsini daha da təkmilləşdirmək, ölkənin ən dayanıqlı və ən yaxşı işləyən mobil rabitə şəbəkəsinə çevirmək üçün son illər ərzində bir sıra böyük layihəni uğurla həyata keçirib. Şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində şirkət tərəfindən daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik etibarlı şəbəkə qurub. Bununla yanaşı, şəbəkənin intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı qabaqlayıcı tədbirlərin görülməsi, proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemi vasitəsilə əməliyyatların effektivliyinin artırılmasına nail olunub.
Bu isə öz növbəsində Bakcell abunəçilərini yüksək səviyyəli mobil rabitə xidmətləri ilə təmin edilməsinə şərait yaratmış və müştəri məmnuniyyətini xeyli artırmışdır 2014-2015-ci illər üzrə şirkətin Məlumat Mərkəzinə daxil olan müraciətlərin təhlili göstərir ki, ötən il ilə müqayisədə şəbəkə ilə bağlı müraciətlərin sayı 61%, İnternetlə bağlı isə 72% azalmışdır.
“Məlumat Mərkəzinə şəbəkə ilə bağlı daxil olan zənglərin ciddi şəkildə azalması bir daha Bakcell şirkətinin qabaqcıl şəbəkəyə malik olmasını sübuta yetirir. Biz abunəçilərimizi daha üstün şəbəkə və müştəri təcrübəsi ilə təmin etmək üçün bütün səylərimizi birləşdiririk. Bununla yanaşı, Müştəri Xidmətləri və Texnoloji departamentlərinin əməkdaşları abunəçilərin şəbəkə ilə bağlı müraciətlərini operativ şəkildə araşdırırlar və mümkün qədər qısa müddət ərzində abunəçinin istəyini reallaşdırmaq üçün müvafiq tədbirlər görürlər. Bundan sonra müraciət edən şəxslə əlaqə saxlanılır və nəticə barədə məlumat verilir. Əminik ki, şirkətimizin şəbəkənin təkmilləşdirilməsi istiqamətində apardığı işlər özünü mükəmməl müştəri təcrübəsinin əldə edilməsi şəklində göstərəcək və növbəti il abunəçilərimizin şəbəkə ilə bağlı müraciətlərinin sayında daha çox azalma müşahidə edəcəyik”, deyə Bakcell şirkətinin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.
Qeyd etmək istərdik ki, son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsini genişləndirilərək əhali üzrə 14% artıraraq 95.3%-ə, ərazi üzrə isə 27% artıraraq 75.9%-ə çatdırıb. Bakcell şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacib olduğundan şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün baza stansiyalarının sayı artırılıb. Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib.