Qadin.NET / Bakcell abunəçiləri Yeni İli limitsiz şəbəkədaxili danışıq imkanı ilə qarşılayacaqlar

Bakcell abunəçiləri Yeni İli limitsiz şəbəkədaxili danışıq imkanı ilə qarşılayacaqlar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinə xüsusi qayğı ilə yanaşmaq və göstərdiyi xidmətlərlə onları daim sevindirmək ənənəsinə sadiq qalaraq, Yeni İl qabağı yeni kampaniyaya start verir. Daha çox dəyər və rahatlıq yaradacaq bu yeni kampaniya çərçivəsində Bakcell abunəçiləri gündə cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanına malik olacaqlar.
Kampaniya 3 dekabr 2015-ci ildən 31 yanvar 2016-cı ilədək davam edəcək. Bu Yeni İl kampaniyası çərçivəsində bütün CIN və Klass abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə etmək imkanına malik olacaqlar. Yeni il kampaniyasına qoşulmaq üçün Bakcell abunəçiləri bu pulsuz USSD kodunu yığmalıdırlar– *552#YES.
Abunəçilər hər gün cəmi 0.59 AZN ödəməklə gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq tarifinə abunə ola bilərlər. Bu kampaniyaya qoşularkən, növbəti 3 günün gündəlik abunə haqqı, yəni 1.77 AZN, nömrənin balansında olan vəsaitdən çıxılır. 4-cü gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 AZN abunə haqqı tutulur.
Kampaniyaya qoşulmaq üçün sonuncu gün 27 yanvar 2016-cı il saat 23:59:59 radələrində bitir. Yeni kampaniya haqqında ətraflı məlumat almaq üçün xahiş olunur, *555#YES yığıb “Kampaniyalar” menyusuna daxil olun və Yeni İl kampaniyası planını aktivləşdirin.
Abunənin ilk 3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan Prepaid (əvvəlcədən ödəmə) CIN və Klass abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidirlər.
Kampaniyada iştirakı dayandırmaq istəyən abunəçilər *552*0#YES kodunu yığmaqla bunu edə bilərlər.

4 dekabr 2015
GO BACK