Qadin.NET / Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.
Şirkət Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni konsept və dizaynda olan  Satış və Xidmət Mərkəzinin açılışını edib. Ordubad şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqəqə abunəçilərə müxtəlif çeşiddə xidmətlər təqdim olunur.
“İndi Ordubad sakinləri Bakcell şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən etibarlı şəbəkəyə malik Bakcell şirkəti öz xidmətlərinin abunəçilərə daha əlçatan olması üçün satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edəcək”, deyə Bakcell şirkətinin pərakəndə satış və distribyusiya departamentinin rəhbəri Paşa Paşayev bildirib.
Bakcell şirkəti  250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Bakcell Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb  Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb  Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb
Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb  Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb  Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

18 noyabr 2015
GO BACK