Ölkənin ən böyük parfumeriya və kosmetika şəbəkələrindən biri olan "İDEAL" mətbuat nümayəndələri, bloqqerlər, eləcə də öz müştəriləri üçün açıq görüş keçirdi.
Konfransı açıq elan edən şirkətin baş direktoru cənab İlqar İsmayılov "İDEAL"-ın yaranma tarixi inkişaf dövrü hazırkı və gələcək fəaliyyətlərindən ətrafli məlumat verdi:
İ. İsmayılov: "1999-cu ildə kiçik bir heyətlə yaranan və illər keçdikcə daim inkişaf edən şirkətimiz böyük uğurlara nail olmuşdur. Hal-hazırda Bakıda və regionlarda 12 İDEAL mağazası fəaliyyət göstərir.
"İdeal Beauty" jurnalı 35000 tirajla Azərbaycanın ən nüfuzlu gözəllik jurnallarından biri hesab olunur. Bu gün biz Avropa standartlarına uyğun şəkildə Azərbaycan məhsulu olaraq İtaliyada "İdeal MU" kosmetika məhsullarını istehsal edirik. Azərbaycanda ilk dəfə "İDEAL" şirkəti dünyanın məşhur brendi olan "MAC"mağazalarını Bakıda açıb və bu gün 4 MAC mağazası fəaliyyət göstərir..
"İDEAL" müştəriyönümlülük prinsipinə əsasən 2016-cı ildə göstərilən xidmət səviyyəsini artırmaq və daha da yaxşılaşdırmaq üçün daimi müştəri kateqoriyasını qoruyub saxlamağa imkan verən loyallıq proqramının işlənilməsinə satış və servis təlimlərinə geniş yer ayıracaq. Şirkətin perspektiv planlarına yerli bazarda təqdm edilməmiş bir çox yeni brendləri cəlb etmək və öz mağazalar şəbəkəsində təqdim etmək daxildir.
Mətbuat konfransında həmçinin şirkətin kommersiya direktoru Vladislav Oleynik, Marketinq kommunikasiyaları departamentinin rəhbəri Xumar məmmədbağırova da iştirak edirdi və aidiyyatı üzrə jurnalist və bloqerlərin suallarını cavablandırırdılar.
Bir çox KİV nümayəndələrinin suallarına cavab olaraq "İdeal" təmsilçiləri onu bildirdilər ki, "məhsullarımızın istehsalçı sirkətlərin lisenziyasına malik sertifikatı var. Şirkətin səlahiyyətli nümayəndəsi bütün müştərilərə müraciət edərək "shopping" zamanı aldıqları hər bir məhsulun sertifikatını tələb etmək hüququnu xüsusilə vurğuladı.
Konfrans zamanı "Ideal"ın əməkdaşlıq etdiyi xarici şirkətlərin təmsilçilərinin iştirakı ilə hazırlanmış videoçarx təqdim edildi. Bu görüntüdə onlar "Ideal" o cümlədən Azərbaycan haqqında öz xoş təəssüratlarını bildirərək uğurlar arzulayıb bu əməkdaşlıqdan olduqca məmnun olduqlarını bildirdilər. Mətbuat konfransında iştirak edən Azərbaycanın əməkdar atristi Murad Dadaşov da son vaxtlar mətbuatda yaranmış yanlış təsəvvürlərə, stereotiplərə irad tutaraq "Ideal"ın öz məhsullarının keyfiyyətinə güvənərək təşkil etdiyi bu tədbiri yüksək qiymətləndirdi. Tədbir uğurla başa çatdı.
Məryəm Əsədova