Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini təqdim etmək məqsədilə şəbəkəsini genişləndirməyə davam edir. Ölkədə ən üstün şəbəkəyə malik olan Bakcell şirkətinin baza stansiyalarının sayı sürətlə artmaqdadır. Son bir aya yaxın müddət ərzində şirkət ölkə ərazisində ən müasir və innovativ texnologiyaları tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub. Hazırda “Bakcell”in sahib olduğu stansiyaların sayı aşağıdakı cədvəldə göstərilib:
Şəbəkə | Baza stansiyalarının sayı |
2G | 2961 |
3G | 2018 |
4G | 373 |
Baza stansiyalarının sayındakı artım öz növbəsində şəbəkənin əhatə dairəsini, həcmini və keyfiyyətini artıraraq daha yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.
Bununla yanaşı, 2015-ci ildə Azərbaycan Respublikası ərazisində müstəqil şəkildə aparılan müxtəlif sınaq testlərinin nəticələrinə əsasən, Bakcell şirkəti bazarda şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi sahəsindəki üstünlüyünü qoruyub saxlayır. 2015-ci ilin ikinci rübündə aparılan mobil şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, Bakcell yüksək keyfiyyətli səs rabitəsi, sabit internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. 3G şəbəkəsində 42 Mbit/s qədər sürətə nail olmaqla şirkət DC-HSPA and HSPA+ texnologiyalarında ən yüksək penetrasiya göstəriciləri nümayiş etdirir.
“Müstəqil sınaq testlərində yüksək nəticə göstərməyimiz və mobil rabitə istifadəçilərinin rəqiblərimizin xidmətindən imtina edərək bizim şəbəkəmizə qoşulması “Bakcell”in təklif etdiyi yüksək keyfiyyətlə sərfəli qiymət arasındakı balansın nəticəsidir. Biz yüksək qiymət müqabilində keyfiyyətsiz mobil rabitə xidməti təklif edən operatorlardan fərqli olaraq, hər zaman daha sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik və göstərdiyimizin xidməti daha da təkmilləşdirmək üçün ən üstün şəbəkə qurmağa davam edirik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Bakcell şirkətinin xüsusilə smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş aparıcı 4G şəbəkəsinə qoşulan abunəçilərinin, o cümlədən, rouminq istifadəçilərinin sayı günbəgün artmaqdadır. Bakcell ölkə daxilində və ölkə xaricində 4G rouminq xidmətləri göstərən yeganə mobil operatordur.
Müştəri təcrübəsi Bakcell üçün ən önəmli meyarlardandır, buna görə də Bakcell şəbəkənin inkişaf etdirilməsinə və şəbəkənin məhsuldarlığının yüksəldilməsinə daim investisiyalar yatırır. Növbəri 6 ay ərzində Bakcell şirkəti 4G baza stansiyalarının sayını 1000-ə çatdırmağı planlaşdırır.