Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan, illər boyunca sevilən, güvənilən "Bizim Tarla" markası Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edir, bu bayramın sizlərə sağlamlıq, dinclik, xoşbəxtlik, bolluq və bərəkət gətirməsini diləyir!
Hər bayram öz uzerlərini sevindirən "Bizim Tarla" Facebook səhifəsi bu bayramda da öz adət-ənənəsinə sadiq qalır. Qurban bayramı ilə əlaqədar səhifədə keçirilən müsabiqəyə qatılın, hədiyyələr əldə edin!
Musabiqə şərtləri:
1. Bayram süfrənizi çəkib bizə yollayırsınız.
2. Süfrədə "Bizim Tarla" Yaşıl Noxud Konservi, "Bizim Tarla" duzlu xiyar məhsullarından biri və ya hər ikisi mütləq olmalıdır.
Beş nəfər qalib elan olunacaq və qaliblər süfrə tərtibatına görə seçiləcək. Qaliblər facebook səhifəsinin rəhbərliyi tərəfindən müəyyən oluncaq. Müsabiqə bir neçə gün davam edəcək. Odur ki, rahat rahat müsabiqəyə şəkillərinizi göndərə bilərsiniz!
P.S. - Müsabiqə "Bizim Tarla" Facebook səhifəsində keçilir. Çəkilmiş rəsimlər də məhz qeyd olunan müvafiq səhifəyə göndərilməlidir.