Qadin.NET / "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı

"Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı

KANAL S /REGİON TV XƏBƏR VERİR Kİ, festivallar şəhəri Şəki növbəti möhtəşəm beynəlxalq tədbirə öz damğasını vurdu. 22-26 avqust tarixlərində Şəkidə keçirilən "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı qədim tarixə malik olan bu diyarın səs-sorağını uzaqlara apardı. Ritm bayramının başa çatmasından bir neçə gün ötsə də, bu ab-hava hələ də davam etməkdədir. Həmin konsertləri "Kanal S" və "Region TV"nin efirində gündəlik olaraq izləmək mümkündür. Festivalın keçirilməsində bir çox insanların, təşkilatların böyük əməyi keçib. Bunların arasında "Kanal S", "Region TV"nin adını xüsusi vurğulamaq lazımdır.
Əslində hər şey buradan başladı., 2014-cü ilin mayından... "Kanal S" və "Region TV"nin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi ilk "Ritm yürüşü"nün uğuru ritm festivalının keçirilməsinin bünövrəsini qoydu...
"Kanal S"in, "Region TV"nin efirində dəfələrlə anonsu edilən “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalı reallaşdı və 5 gün ərzində Şəkidə daha bir tarix yazıldı...
Festivalın informasiya dəstəyi və eksklüziv çəkiliş hüququ "Kanal S"ə məxsus olduğundan bu tarixin yazılmasında "Kanal S", "Kəpəz" və "El" televiziyalarının əməkdaşları bir "Region TV" komandası şəklində çalışdılar. Festivalda birbaşa iştirak etmək imkanı olmayanlar üçün gün ərzində müxtəlif verilişlərdə xüsusi reportajlar təqdim edildi. Tamaşaçılarımızın daha operativ məlumatlanması üçün canlı bağlantılar quruldu.
Yalnız efirimizdə deyil, digər mətbuat orqanlarında məlumatların dərc olunması üçün əlimizdən gələni əsirgəmədik. Beləliklə, bir tarix yazıldı. Bu tarixi yazanlar efirdə görünməsələr də cani dildən çalışdılar, gecə-gündüz iş başında oldular. Bu kadrlar onların fəaliyyətini tam əks etdirmir. Çünki, onlar özlərini yox, işlərini tamaşaçılara göstərməyə çalışırdılar.
Ancaq əməkdaşlarımın işi bununla da yekunlaşmırdı. Onlar "Ritm yürüşü"ndə könüllülərə qoşulmaqla həm də mənəvi dəstəklərini əsirgəmədilər. Festivalın yüksək səviyyədə keçməsi üçün hətta təhlükəsizlik üçün də yardıma qoşulduq. Görülən işimizin bəhrəsi isə göz qabağında oldu. Qiyməti tamaşaçılar verir, bir də ki...
Festival sona çatdı. Amma, bu son deyil. Şəki, eləcə də bölgəmizin digər rayonlarında bu cür festivallar, tədbirlər hələ çox olacaq. Demək görüləsi işlərimiz çoxdur...

29 avqust 2015
GO BACK