Qadin.NET / Bakcell şirkəti Ulduzum sadiqlik proqramı ilə 5 şirkətdən biri hesab olunur

Bakcell şirkəti Ulduzum sadiqlik proqramı ilə 5 şirkətdən biri hesab olunur

Bakcell şirkəti Ulduzum sadiqlik proqramı ilə Orta Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika telekommunikasiya şirkətləri arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 şirkətdən biri hesab olunur.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı ilə telekommunikasiya sahəsində müştərilərinə yüksək səviyyəli istehlakçı xidmətləri təqdim edən 5 ən yaxşı şirkət sırasına daxil olmasından məmnunluq duyur.
"Bakcell"in Ulduzum proqramı “Telecoms World” tərəfindən Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 namizəd arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 finalçı şirkətdən biridir. Beləliklə, Şirkət sentyabr ayında Dubayda keçiriləcək “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində “Ən yaxşı istehlakçı xidmətləri” kateqoriyasında birinci yerə çıxmaq şansına sahibdir.
“Biz dünya üzrə istehlakçılarına ən yaxşı xidmət göstərən 5 ən yaxşı şirkət arasında olmaqdan qürur duyuruq. Bizim üçün Ulduzum proqramı müştərilərinə cəlbedici endirimlər təqdim edən proqram olmaqdan daha artıqdır; bu, loyallıq, etibar və böyük Bakcell ailəsi olmaqla əlaqəlidir. Bu gün abunəçi bazamızın təxminən 45 faizi Ulduzum proqramından aktiv şəkildə istifadə edərək müxtəlif imtiyazlardan yararlanır. Ulduzum Azərbaycanda olan ən uğurlu loyallıq proqramıdır və bu səbəbdən də biz inanırıq ki, bu proqram uğurlarını davam edərək gələcəkdə Bakcell şirkətinə daha da çox abunəçi cəlb etməklə yanaşı nüfuzlu mükafatlar qazandıracaq”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
“Ən yaxşı istehlakçı xidməti” mükafatının namizədlərindən biri olmaqBakcell üçün növbəti uğur hekayəsidir. Şirkət hər zaman abunəçi ehtiyaclarını qarşılamaq üçün səy göstərir, xidmətlərini təkmilləşdirir və ümumiyyətlə müştəri təcrübəsinin səviyyəsini artırır. 
1,4 milyondan artıq istifadəçisi ilə "Bakcell"in Ulduzum proqramı, istifadəçilərinə bir çox imtiyazlar və xidmətlər təqdim edərək loyallığı artıran ən uğurlu və tanınmış loyallıq proqramlarından biridir. Bir qədər öncə istifadəyə verilən iOS və Android əməliyyat sistemində işləyən mobil proqram vasitəsilə Bakcell abunəçiləri müxtəlif Ulduzum endirimlərindən faydalana bilirlər.

*   *   *
 

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cüSür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

24 avqust 2015
GO BACK