Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum Bahar lotereyasının nəticələrini elan etdi. Ulduzum proqramının tərəfdaşları olan Hesab.az, Megafun və 189 Taksi xidmətinin iştirakı ilə keçirilən lotereya 17 martdan 25 may 2015-ci ilə kimi olmaqla 70 gün davam edib.
Lotereyada iştirak etmək üçün əsas şərtlərdən biri ən azı 5 AZN xərcləməklə Ulduzum tərəfdaşlarının təqdim etdiyi xidmətlərin birindən Ulduzum kodu vasitəsilə endirim almaq və xərclənən hər 5 AZN üçün 1 uduş şansı əldə etmək idi. Xərclənən məbləğ 20 AZN-ə çatdıqdan sonra şanslar 2 dəfə artırdı və hər bir iştirakçı xərclədiyi 15 AZN üçün 3 və 20 AZN üçün 4*2=8 uduş şansı qazana bilirdi.
Lotereyada 70 nəfər Bakcell abunəçisi ALOV smartfonlarını udub. ALOV smartfonunu qazanan iştirakçılardan biri 600 uduş şansına malik olub.
İngiltərənin Mançester şəhərinə 2 nəfərlik səyahət kuponunu isə 11 uduş şansıilə lotereyanın əsas qalibi elan edilmiş Aygün Ələkbərova qazanıb.“İlk öncə, Bakcell şirkətinə abunəçilərə belə imkan yaratdığı üçün təşəkkür edir və bu kimi şansların gələcəkdə də davam edəcəyinə ümid edirəm. Bir çox Mançester Yunayted azarkeşlərinin arzusunda olduğu bu qalibiyyət mənim üçün gözlənilməz oldu və mənə sevinc bəxş etdi. Şübhəsiz ki, qalibi olduğum bu müsabiqə futbola olan marağımın daha da artmasında əvəzsiz rol oynadı”, xanım Ələkbərova dedi.
Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilər isə lotereya bitdikdən sonra Bakcell şəbəkəsi daxilində 20 dəqiqəlik pulsuz danışıqhədiyyəsi qazanıblar.
ALOV smartfonlarını qazanan qaliblərin adlarını öyrənmək üçün bu linkə daxil olun: http://ulduzum.az/lottery.php?lang=az&opt=winners
Öz müştərilərini motivasiyaetmək, ruhlandırmaq və fayda əldə etməsinə imkan yaratmaq üçün Bakcell Ulduzum proqramı bu cür layihələri gələcəkdə də davam etdirməyi planlaşdırır.
Bakcell şirkəti bu proqram çərçivəsində bütün abunəçilərinə ən müxtəlif sahələr üzrə bir sıra üstünlüklər və xidmətlər təklif edir.
Proqrama qoşulmaq olduqca asan və pulsuzdur.İstənilən abunəçi “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollayaraq Ulduzum proqramına üzv ola bilər. Daha ətraflı məlumat üçün www.ulduzum.az səhifəsinə daxil olun.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.