Hər il müntəzəm olaraq dünyanın müxtəlif ölkələrində Bank və Maliyyə təşkilatlarının ən yaxşısını seçən İngiltərənin nüfuzlu Global Banking and Finance review təşkilatı bu il də Yapı Kredi Bank Azərbaycana iki mükafatı birdən təqdim etmişdir. Təşkilatın rəsmi veb səhifəsində olan məlumata əsasən, Yapı Kredi Bank Azərbaycan Ən Yaxşı Pərakəndə Bank 2015 və Ən Yaxşı İnternet Bankçılıq Məhsulu 2015 mükafatlarına layiq görülmüşdür.
İki mükafatı birdən ölkəmizə gətirən Yapı Kredi Bank Azərbaycan geniş məhsul portfeli ilə müştərilərinə sərhədsiz xidmətlər təklif etməkdədir. Bankın əmanət, kredit, pul köçürmləri, internet bankçılıq, mobil bankçılıq və digər məhsulları rəqabətə davamlı məhsullar hesab edilməkdədir.
Filiallara getmədən, növbələr gözləmədən, internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, ölkə daxili və bank daxili pul köçürmələri etmək, konvertasiya əməliyyatlarını həyata keçirmək, əmanət yatırmaq, Worldcard-dan karta və ya hesaba pul köçürmək, ağıllı assistent və ağıllı kitabça funksiyalarından yararlanmaq, eyni zamanda, Worldcard borcunu və kommunal ödənişləri avtomatik olaraq ödəmək, hesab bildirişini çap etmək və s.-dən ibarətdir. Bundan əlavə, bu funksiyaların bir çoxu yerinə yetirilməsi üçün Yapı Kredi Bank Azərbaycan Mobil bankçılıq məhsulunu da müştərilərinin istifadəsinə vermişdir. Mobil Bankçılıq məhsulunu Android və IOS tipli əməliyyat sistemli mobil qurğular üçün yükləyəbilərsiniz.
Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaq kifayət edir. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Qeyd edək ki, xidmətə qoşulmaq ödənişsizdir.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidlik redit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az və https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eynizamanda 7 gün 24 saat *0444 YapıKredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.