Qarderobla bağlı istənilən seçim anında geyimin dəbli və şıq olması ilə yanaşı, onun rahatlığını və praktikliyini də düşünürük. Sonradan problem yaşamayaq deyə bəzən tam istədiyimizi seçməkdə bir qədər tərəddüd edirik. Ən çox da nazik və zərif parçaların üstünlük təşkil etdiyi yaz və yay aylarında. Çünki çox zaman alt geyimlərinin - xüsusilə büsthalterlərin spesifik tikişləri nazik yay geyimlərinin üzərinə iz buraxaraq gözoxşamayan mənzərə yaradır. İstənilən mövsümdə zövqünüzə uyğun geyimi seçə bilməyiniz üçün tikişsiz alt geyimləri məsləhət görülür. Fransanın məşhur alt geyimi brendi Etam xanımlara bu rahatlığı özəl texnologiya ilə hazırlanan Pure fit kolleskiyası ilə təklif edir. Xüsusi yumşaq materialdan olan bu kolleksiyanın tikişləri lazerlə işlənib və buna görə də tamamilə tikişsizdir. O qətiyyən paltarın altından görünmür və bununla da istənilən geyimin seçimində sərbəstlik verir. Pure fit kolleskiyasındakı modelləri hətta ən iddialı ziyafət paltarları ilə də arxayın geyinmək olar. O, ideal oturuşu ilə bədəndə “ikinci dəri” effektini yaşadır.
Etam-ın şıq və cazibədar Pure fit kolleksiyası 12 rəngdə – klassik, əlvan və pastel tonlarda təklif edilir. Onun gözəgörünməz ecazkar modelləri xanımların Magic up, Push up və s. kimi bütün sevimli formalarında verilir.