Qadin.NET / Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir

Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan virtual futbol çempionatının final oyunları keçirilib və qaliblər müəyyən olunub:
1-ci yer Hacı Mirzəməmmədov
2-ci yer Talıb Rzayev
2015-ci ilin fevralında başlayan və Azərbaycanın 8 şəhərində 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən bu çempionat bu günə qədər respublika üzrə gənclərin iştirakı ilə keçirilən ən iri tədbirlərdən biri hesab olunur. 7000 nəfərə yaxın məktəblini əhatə edən bu layihənin əsas məqsədi gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi və sağlam idman rəqabətinin təşviq olunmasıdır.
2015-ci ilin fevral ayından başlayaraq Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Qəbələ, Şəki və Zaqatala şəhərlərinin hər biri üzrə qaliblərin müəyyən olunması üçün hər şəhərdə 130-dan çox oyun keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən uşaqlar arasında şənbə və bazar günləri ümumilikdə 1024 oyun təşkil olunub.
26 aprel 2015-ci il tarixində Bakıdakı H. Cavid parkı, N.Nərimanov parkı, Səməd Vurğun bağı və Sahil bağında qurulan səyyar oyun zonalarında final oyunlar və əyləncə tədbirləri təşkil olunub. Oyunların öncədən elan olunmuş marşrut üzrə hərəkət edən və xüsusi avadanlıqla təchiz olunan avtomobil üzərində keçirilməsi və çempionatın şou şəklində təşkil olunması şəhər sakinlərindəbu tədbirə xüsusi maraq oyadıb.
Çempionatda birinci yeri qazanan iştirakçı Amerika  Birləşmiş Ştatlarına səfər edərək orada “Mançester Yunayted”in oyununu izləyəcək və səfər zamanı şəxsən oyunçularla virtual futbol oynamaq imkanı əldə edəcək.Yarımfinalçılar Alov smartfonları və digər müxtəlif dəyərli hədiyyələrlə təltif olunublar.

*   *   *

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir  Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir  Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir  Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir  Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir

28 aprel 2015
GO BACK