Qadin.NET / “Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı

“Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı

ƏlfəCİN layihəsinin dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı keçirilib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Xəzər İntellektual Gənclər Klubu ilə birgə həyata keçirdiyi ƏlfəCİN layihəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Bakıda Azərbaycanın ən böyük intellektual layihələrindən biri olan - “Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı keçirilib. Festivalda ölkənin 16 şəhərindən 66 komanda iştirak edib.
Festivalın ilk günündə “Nə? Harada? Nə zaman?” oyunu üzrə  turnir təşkil olunub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda birinci yeri “Vendetta”, ikinci yeri “Diplomat”, üçüncü yeri isə “Leviafan” komandası qazanıb. Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırıldılar. 
Növbəti gün isə bu yarışın nəticələrinə görə Breyn Rinq tuniri təşkil olunub. Bu dəfə birinci yerə “Diplomat” komandası sahib çıxıb. Finalda məğlub olan “Vendetta” komandası isə ikinci yeri qazanıb. Üçüncü yer isə “Avalon” komandasına nəsib olub.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə III Ağıl Oyunları Festivalı final və iki seçim turundan ibarət olub. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, İsmayıllı və Beyləqan şəhərlərindən komandalar iştirak ediblər.
“Bakcell”in dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubu tərəfindən həyata keçirilən ƏlfəCİN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin  asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların  intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.
ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil olunur.

*   *   *

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

*   *   *

Xəzər İntellektual Gənclər Klubu
Azərbaycan intellektual oyunlar hərəkatının ilk anadilli intellektual klubu olan Xəzər İntellektual Gənclər Klubu barədə məlumat üçün link: http://az.wikipedia.org/wiki/Xəzər_İntellektual_Gənclər_Klubu#Qeyri-h.C3.B6kum.C9.99t_v.C9.99_kommersiya_t.C9.99.C5.9Fkilatlar.C4.B1

 

“Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı  “Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı  “Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı

 

14 aprel 2015
GO BACK