Qadin.NET / Xidmətdə sərhəd tanımadıq, lider olduq!

Xidmətdə sərhəd tanımadıq, lider olduq!

Azərbaycanda fəaliyyət göstərən www.banco.az maliyə portalının keçirdiyi “İlin Ən Yaxşıları” müsabiqəsində Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq məhsulu ən çox səs toplayaraq birinci yerə layiq görülmüşdür.
Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətinə çox böyük önəm verir. Filiallara getmədən, növbələr gözləmədən, internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, ölkədaxili və bank daxili pul köçürmələri etmək, konvertasiya  əməliyyatlarını həyata keçirmək, əmanət yatırmaq, Worldcard-dan karta və ya hesaba pul köçürmək, ağıllı assistent və ağıllı kitabça funksiyalarından yararlanmaq, eyni zamanda, Worldcard borcunu  və kommunal ödənişləri avtomatik olaraq ödəmək, hesab bildirişini çap etmək və s.-dən ibarətdir. Bundan əlavə, bu funksiyaların bir çoxu yerinə yetirilməsi üçün Yapı Kredi Bank Azərbaycan Mobil bankçılıq məhsulunu da müştərilərinin istifadəsinə vermişdir. Mobil Bankçılıq məhsulunu Android və IOS tipli əməliyyat sistemli mobil qurğular üçün yükləyə bilərsiniz.
Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaq kifayət edir. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Qeyd edək ki, xidmətə qoşulmaq ödənişsizdir.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az  və
https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.
7 aprel 2015
GO BACK