Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.
Bu vəsilə ilə kərə ləzzətli "Möcüzə" markası Azərbaycan xalqının Novruz bayramını təbrik edir, sevimli bayramın sizlərə sağlamlıq, dinclik, xoşbəxtlik, bolluq və bərəkət gətirməsini diləyir!
"Möcüzə" yağları istehsal olunduğu gündən, istehlakçılar tərəfindən yüksək qiymətləndirilmiş, yeməklərin əvəzsiz tərkibi olmuşdur.
Marka Azərbaycanda bir ilkə, yeniliyə imza atmışdır. Ənənəvi bildiyimiz yağlara kərə ləzzəti əlavə etməklə, mətbəximizə yenilik gətirmişdir.
"Möcüzə" markasının 2 çeşitdə duru yağı (günəbaxan və qarğıdalı) və paket yağı çeşitləri var.
Yeməkləriniz xoş ləzzətli olmasını və insanların bayram süfrələrinizdən ləzzət almasını istəyirsinizsə "Möcüzə" yağından istifadə edin, Həyatınıza "MÖCÜZƏ" qatın!
Bayramınız mübarək!