Qadin.NET / Zeytun Bağları - Novruz bayramınız mübarək!

Zeytun Bağları - Novruz bayramınız mübarək!

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Novruz bayramı firavanlığın başlanğıcıdır. Novruz ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır!
 Bu vəsilə ilə, Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan,  "əl dəyməyən" texnologiya ilə hazırlanan yüksək keyfiyyətli zeytun yağları - "Zeytun Bağları" markası Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir, bu bayramın könüllərinizə xoşbəxtlik, xəyallarınıza gerçəklik, süfrələrinizə bolluq və bərəkət gətirməsini diləyir!
"Zeytun Bağları" zeytun yağı ən yüksək keyfiyyət normalarına riayət olunaraq hazırlanır. Yağların istehsal edildiyi Bakı Yağ Fabrikində ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemlərinin qurulması, ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
Bayram süfrələrinizin ən ləziz təamlarını həssas keyfiyyət  göstəricilərinə sahib olan "Zeytun Bağları" zeytun yağları ilə hazırlamağınızda fayda var!

"Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Bayramınız mübarək!

20 mart 2015
GO BACK