Qadin.NET / "Bizim Tarla" - Novruz Bayramınız mübarək!

"Bizim Tarla" - Novruz Bayramınız mübarək!

Novruz gəlir...
Novruz bayramının Novruz  süfrəsi, Novruz  xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir.
Bayram süfrəsində  şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, kişmiş, fındıq, qoz, boyanmış yumurta, iydə və s. çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Bu vəsilə ilə, Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan, illər boyunca sevilən, güvənilən  "Bizim Tarla" markası Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir, bu bayramın könüllərinizə xoşbəxtlik, xəyallarınıza gerçəklik, süfrələrinizə bolluq və bərəkət gətirməsini diləyir!
Bayram süfrələrinin, əlbəttə ayrılmaz parçası olan Bizim Tarla hər birinizi ənənəvi olaraq Bizim Tarla yaşıl noxudundan hazırlanmış paytaxt salatı, Bizim Tarla kompotları və manqal salatı kimi ləziz məhsulları ilə süfrələrə əvəz olunmaz dad qatmağa dəvət edir!
Bayramınız mübarək!
Bizim Tarla – Etibarınız adımızdır!

20 mart 2015
GO BACK