İnformasiya Texnologiyalarının inkişafı Bankçılıq sektorunda da təsirsiz ötüşmür. Belə ki, müştərilərinə daha təhlükəsiz və praktik yollarla xidmət göstərmək istəyən banklar yeni və müasir üsullarla xidmət keyfiyyətini qaldırmağa çalışır. Yapı Kredi , İnformasiya Texnologiyalarının köməkliyi ilə dünyanın 17 ölkəsində mövcud olan sərhədsiz təcrübəsini Azərbaycan müştərilərinin xidmətinə təqdim etmiş və *0444 Telefon Mərkəzi ilə 500.000 sorğuya cavab vermişdir.
Təxminən son 2 aylıq bir müddətdə Telefon Mərkəzinə edilən zənglərin miqdarı əlli min daha artaraq, ümumi müraciətlərinin sayı beş yüz minə (500.000) çatmışdır. Azərbaycan bank sektorunda ilk 7 gün 24 saat fəaliyyət göstərən telefon mərkəzlərindən biri də Yapı Kredi Telefon Mərkəzidir. Belə ki, artıq iki ildir ki, aktiv şəkildə çalışır və bu müddət ərzində 500 min dəfə müştərilərin suallarını cavablandırmışdır. Telefon Mərkəzinə əsasən bankın kredit kartı məhsulu olan Worldcard eyni zamanda, İstehlak krediti, Əmanət, İnternet Bankçılıq və digər mövzular haqqında suallar soruşulmuş və ətraflı şəkildə izah edilmişdir.
Yapı Kredi Telefon Mərkəzinin üstünlüklərindən biri də, operatora bağlanmadan bir çox əməliyyatların yerinə yetirilə bilməsidir. Belə ki, növbə gözləmədən, vaxta qənaət edərək Worldcard üzrə limit, dövri borc, cari borc və s. məlumatları dinləyə və Worldcard üçün sifrə təyin edə bilərlər. Xatırlatmaq istərdik ki, Telefon Mərkəzi *0444 telefon nömrəsində fəaliyyət göstərir və şəhər nömrələrindən edilən zənglər pulsuzdur.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az və https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Telefon Mərkəzindən əldə edə bilərsiniz.