“Şəxsi Kabinet”-ə daxil olaraq hesab və Worldcard məlumatlarınızı əldə etmək artıq çox asandır. Bunun üçün www.worldcard.com.az saytını açmaq və ekranın sağ üst küncündə yerləşən “Şəxsi Kabinet” düyməsini klikləmək kifayətdir. “Şəxsi Kabinet”-ə daxil olaraq Worldcard əməliyyatlarını həyata keçirmək üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Bunun üçün Worldcard kart nömrəsinin son 4 rəqəmini, Müştəri Nömrənizi və Worldcard şifrənizi ekrandakı müvafiq xanalara daxil edərək Şəxsi kabinetinizə daxil ola bilərsiniz. Şəxsi kabinetdə hesab/kart məlumatlarınıza nəzarət edə, Worldcard borcunuzu ödəyə, Virtual kart təyin edə, Nağd avans əməliyyatı vasitəsilə kredit kartınızdan bankdaxili və ölkədaxili hesablara pul köçürə, hesab bildirişinizin tarixini dəyişdirə və s. əməliyyatları asanlıqla yerinə yetirə biləcəksiniz. Müştəri Nömrənizi öyrənmək üçün “Şəxsi Kabinet” Giriş Səhifəsində yerləşən Müştəri Nömrəsi Sorğulama düyməsindən istifadə edərək Müştəri nömrənizi dərhal öyrənə bilərsiniz.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debit kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Ətraflı məlumat almaq üçün 7/24 fasiləsiz xidmət göstərən *0444 Telefon Mərkəzindən, daim yenilənən www.worldcard.com.az veb və https://www.facebook.com/YapiKrediAZ facebook səhifəsindən əldə etmək mümkündür.