Qadin.NET / Bakcell uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

Bakcell uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi vəBritish Council Azerbaijan “TOPs Proqramı – Sağirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ model layihəsinə dəstək verir.
“İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi hədəf Bakı Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Bu metodun tətbiqieyni zamanda, təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir.
Layihənin ilkin model fazası 2015-ci ilin 31 may tarixinədək davam edəcək və bu mərhələdə yalnız Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində həyata keçiriləcək.
Layihədən nəticəsində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda 3000 nəfərdən artlıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq.
“Bakcell Starts” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti uşaqlar üçün yeni imkanlar yaradan bir sıra layihələrə dəstək verir. 

*   *   *

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçünwww.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

29 yanvar 2015
GO BACK