Yapı Kredi Bank Azərbaycan Asan İmza texnologiyasını İnternet Bankçılıqda tətbiq etməyə başlayır
Azərbaycan bankçılıq sistemində öncüllərdən olan YapıKredi Bank Azərbaycan yenə də missiyası gərəyi internet bankçılıqda da “Asan İmza” mobil elekton imza texnologiyası ilə onlayn xidmətlərdən istifadə üçün autentifikasiya və imzalama imkanını təmin edən ilk banklardan biridir. İstər korporativ biznes nümayəndələrinin, istərsə də fərdi sahibkarların və fərdi müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq hazırlanmış YapıKredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətində “Asan İmza” texnologiyası ilə banka gəlmədən bütün ənənəvi bankəməliyyatlarını yerinə yetirmək mümkün olacaq.
“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az
“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az
Xidmətlə bağlı yaranan suallara cavabı 7/24 fəaliyyət göstərən *0444 Telefon Mərkəzi vasitəsilə almaq mümkündür.