Bakcell şirkətinin sponsorluğu ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada keçirildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi, Gənclər və İdman Nazirliyi və Xəzər İntellektual Gənclər Klubu təşkilatçılığı ilə ƏlfəCIN layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada təşkil olunub.
ƏlfəCIN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.
ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil olunur.
Yanvarın 25-də Bakıda keçirilən Univesiadanın qalibi Bakı Dövlət Universitetinin “BDU” komandası olub. İkinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin “ADİU” komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının “BuenDİA” komandası isə üçüncü yeri qazanıb. Qaliblər kubok, medal və Bakcell tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.
"Nə? Harada? Nə zaman?" üzrə Universiadanın seçim turları Bakıda və respublikanın bir çox rayonlarında keçirilib. 16 bölgədən finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirmək imkan əldə edib. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak edib.
60 sualdan ibarət olan oyun marafonunun suallar paketinin redaktoru Oktay Məhərrəmov olub. Tələbələrin dünya görüşü və bilik səviyyəsinin yoxlanılmasına yönəlmiş suallar gənclərin Azərbaycan və dünya haqqında bildiklərini imtahana çəkib. Universitetlərdəki qış imtahan sessiyasından sonraya təsadüf edən intellektual yarışma tələbələr üçün əsl sınaq olub.
Qalib komandalara Bakcell tərəfindən hədiyyələr təqdim olunub. Birinci yerin qalibi olan BDU komandasının bütün üzvləri Bakcell şirkətinin “Smart Start” təcrübə proqramında iştirak üçün vəsiqə qazanıblar. Beləliklə, qaliblər “Smart Start” təcrübə proqramına müraciət edərkən avtomatik olaraq müsahibəyə dəvət olunmaq hüququna malik olub.
Bu təcrübə proqramı gənclərə Bakcell şirkətində 2 ay ərzində təcrübə keçmək və təqaüd ilə təmin olunmaq imkanı verir.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news(və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.