Qadin.NET / Yeni "Bizim Süfrə" Ketçup – Mən və O

Yeni "Bizim Süfrə" Ketçup – Mən və O

Müasir dövrdə hər kəs tərəfindən sevilən ketçup bizə Amerika mətbəxindən tanış olsada ilk dəfə Çində kəşf olunub. Ancaq Çində  o zamanlar mövcud olan ketçupların tərkibi müasir dövrdə olan ketçuplardan xeyli fərqlənirdi. Bu sousun tərkibinə  duzlu balığın xırda dilimləri  və  göbələk daxil idi. Avropanın ketçupla  tanışlığı isə XVII ci əsrə  təsadüf edir. Ancaq müasir dövrdə işlətdiyimiz ketçupun vətəni isə ABŞ-dır. Ketçupu çinlilər kəşf etdi, avropalılar təkmiləşdirdi, müasir formalı ketçup halını isə amerikanlılar əldə etdi.Ketçup ilk dəfə qablarda 1876-cı ildə satılmağa başlandı. Bəs ketçupu insanlara sevdirən nə oldu.Təamlara verdiyi xüsusi dadla yanaşı ketçup vitamin və mineral mənbəyi olmaqla likopenlə də zəngindir.Pomidora qırmızı rəng verən likopen adlı antioksidant xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir. Pomidor bişdikcə onda olan likopen sayı  daha da artır.Bu baxımdan qatqısız, konservanstsız bir ketçup insan orqanizminə çox xeyrlidir.
İstehsal etdiyi məhsulları ilə həmişə istehlakçıların sağlamlığını düşünən  "Bizim Süfrə" markası bu dəfə isə sizi öz yeni və düzgün qaydada hazırlanmış ketçupu ilə sevindirir.  “Mən və o sloqanı” ilə bazara çıxan Bizim Süfrə Ketçupu istehlakçılara təqdim olundu.
Sloqanın isə “Mən və O” seçilməsi heçdə təsadüfi deyil. Adətən təamları O hərfi formasında dairəvi şəkildə ketçupa sürərək  yediyimizdən və eyni zamanda bəzi təamların ancaq ketçupla dada gəldiyini bilərəkdən seçilmiş bir sloqandır.
Bizim Süfrə Ketçupu özəlliyi  tərkibində daha çox pomidor və konservantsız  olmasındadır. Yay pomidorlarından hazırlanan 100 faiz tebii ve qatqısız Bizim Süfrə ketçupları öz dadıyla da hər kəsin sevimli ketçupu olacağını  arxayınlıqla deyə bilərik. İstehlakçıların damaq zövqünə uyğun olaraq Bizim Süfrə ketçupları  acılı və klassik növləri ilə alıcılara təqdim olundu.Həm sağlam qida  həmdə ləziz dad tərəfdarı olan Bizim Süfrə markası illərdir qazandığı etibarı sağlıqlı və keyfiyyətli məhsullarının olmasına borcludur. "Bizim Süfrə" Ketçupu  yeməklərinizə xüsusi dad verməklə yanaşı ailənizin güvənərək  istifadə edə biləcəyi bir ketçup olacağına əminik.

30 dekabr 2014
GO BACK