Qadin.NET / Bizim Tarla: Bayramınız mübarək!

Bizim Tarla: Bayramınız mübarək!

Bu gün ilin son günüdür…

Məhz həmin gün, yəni dekabr ayının 31-ci günü dünyanın demək olar ki, hər bir yerində bayram günü kimi qeyd ediləcək. Bəzi yerlərdə Milad bayramı, bəzi yerlərdə isə Yeni il bayramı kimi qeyd olunacaq bu gün, bu təqvimdən istifadə etdiyimizə görə, elə bizim özümüz üçün də təqvim ilimizin bitməsi günü kimi yadda qalacaq.

Təqvim ilinin dəyişməsi ilə yanaşı bu gün eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, 

Bu vəsilə ilə, Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilən,  hər bir azərbaycanlının məhsullarını qürürla "yerli məhsul" deyə istehlak etdiyi "Bizim Tarla" markası, Azərbaycan xalqını  birlik və bərabərliyin təntənəsi olan Dünya Azərbaycanılılarının Həmrəyliyi günü və eyni zamanda Yeni ilin gəlişi münasibəti ilə təbrik edir, qarşıdan gələn yeni ilin sizlər üçün şəkər kimi şirin, nağıl kimi gözəl, bol ruzi-bərəkətli olmasını diləyir!

"Bizim Tarla" markası istehlakçılara təqdim olunandan bugünə qədər beynəlxalq keyfiyyət standartlarına nəzarət edib, milli ağız dadınıza uyğun ev üsulu ilə konserv məhsullarını sizlərə təqdim etməkdən qürur duyur. İstehlakçıların da dediyi kimi "Bizim Tarla" məhsulları evdə hazırlanmış məhsullardan heç də fərqlənmir, əksinə sizlərin rahatlığını təmin edir.

Bayramınız mübarək!

31 dekabr 2014
GO BACK