Qadin.NET / Zeytun Bağları: Bayramınız mübarək!

Zeytun Bağları: Bayramınız mübarək!

Hər il, ilin son ayı, son ayın sonuncu günündə, eyni anda qeyd edilən iki bayram bu günü bütün dünya azərbaycanlıları üçün əlamətdar gün kimi tarixə çevirir. Məlumunuz olduğu kimi həmin gün qeyd edilən bayramlar - 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişidir. 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 

Dünyanın fərqli ölkələrində insanlar Yeni ili öz adət-ənənələrinə uyğun qarşılamalarına baxmayaraq, demək olarki hər yerdə bütün insanlar Yeni ili eyni ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər.

Bu vəsilə ilə, Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan yüksək keyfiyyətli zeytun yağları - "Zeytun Bağları" markası Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə təbrik edir, bu bayramın harada olmasından asılı olmayaraq bütün həmvətənlərimizə xoşbəxtlik, ürəklərə ümid, süfrələrə bolluq və bərəkət gətirməsini diləyir!

"Zeytun Bağları" zeytun yağı ən yüksək keyfiyyət normalarına riayət olunaraq hazırlanır. Yağların istehsal edildiyi Bakı Yağ Fabrikində ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemlərinin qurulması, ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.

Bayram süfrələrinizin ən ləziz təamlarını həssas keyfiyyət  göstəricilərinə sahib olan "Zeytun Bağları" zeytun yağları ilə hazırlamağınızda fayda var! "Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın! 

Bayramınız mübarək!

31 dekabr 2014
GO BACK