Yapı Kredi Bank Azərbaycan Worlcard müştəriləri üçün daha bir yeni lotereya kampaniyasını təqdim edir.
Bu dəfə Worldcard-ı olan hər kəs 24 oktyabr – 21 noyabr tarixlərində World Üzv Ticarət Obyektlərində Yapı Kredi Bank Azərbaycan POS terminallarında 50 AZN və üzəri alış-verişlərinə iPhone 6 qazanma şansı əldə edəcək.Eyni gündə fərqli Üzv Ticarət Obyektlərində edilən birdəfəlik 50 AZN və üzəri hər alış-veriş bir şans, hissə-hissə 50 AZN və üzəri hər alış-veriş iki şansdır. Hər həftə edilən alış-verişlərə əsasən lotereya çəkilişində 2 qalib seçiləcək və Worldcard-dan iPhone 6 (16 GB, 4.7 inch) qazanacaq. Kampaniya çərçivəsində 2 dəfə lotereya çəkilişi keçiriləcək və 8 şanslı Worldcard sahibi qalib olacaq.
Beləliklə Worldcard-ı olan hər kəs iPhone 6 qazana bilər.
Azərbaycanın qazandıran kredit kartı olan Worldcard geniş alış-veriş şəbəkəsi ilə sizlərə bu kimi fürsətləri təqdim etməkdən qürur duyur.
Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az və https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Telefon Mərkəzinə müraciət edə bilərsiniz.