Qadin.NET / Əvvəlcədən ödənişli Asan İmza kartları

Əvvəlcədən ödənişli Asan İmza kartları

Bakcell şirkəti öz müştərilərinə əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartlarını təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti mobil imza xidmətlərini bütün abunəçilərinə daha yaxın etmək məqsədilə əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartlarını təqdim edir. Qeyd olunan xidmət bu günə qədər yalnız sonradan ödənişli (postpaid) müştərilərə göstərilirdi və xidmətdən istifadə etmək istəyən əvvəlcədən ödənişli (prepaid) abunəçilər yalnız sonradan ödənişli (postpaid) sistemə keçməklə xidmətdən yararlana bilirdilər.
“Bakcell”in əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartları 1 saylı “ASAN Xidmət” mərkəzindən, eləcə də Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən əldə oluna bilər.
Hər üç kateqoriyaya (fərdi şəxslər, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər və dövlət qulluqçuları) aid olan postpaid və prepaid abunəçiləri üçün Asan İmza xidmətinin 3 il müddətinə aktivləşdirilməsinin qiyməti 18 AZN təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəmobil imza xidmətləri operatoru “B.est Solutions” şirkəti ilə birlikdə həyata keçirilən “Asan İmza” mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.
Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan İmza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır.
Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) Bakcell müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan İmza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməldir.
Asan İmza xidmətini öz abunəçilərinə daha yaxın etmək məqsədilə Bakcell şirkəti yaxın gələcəkdə digər ASAN Mərkəzlərini də əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartları ilə təmin edəcək.

*  *  *

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-əyaxın 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.cominternet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

26 sentyabr 2014
GO BACK