Yapı Kredi Bank Azərbaycan Worlcard müştəriləri üçün yeni lotereya kampaniyası təqdim edir.
Bu dəfə Worldcard-ı olan hər kəs 5-28 sentyabr tarixləri arasında World üzv ticarət obyektlərində 50 manatdan çox alış-veriş etdikdə iPad Air qazanma şansı əldə edəcək. Eyni gündə fərqliWorld Üzv Ticarət Obyektlərində edilən 50 manat və daha artıq məbləğdə hər alış-veriş bir şansdır. Hər gün edilən alış-verişlərə əsasən lotereya çəkilişində 1 qalib seçiləcək və Worldcard-dan iPad Air Wi-Fi 16 GB(MD 785) qazanacaq. Kampaniya çərçivəsində 2 dəfə lotereya çəkilişi keçiriləcək və 24 şanslı Worldcard sahibi qalib olacaq.
Beləliklə Worldcard-ı olan hər kəs iPad Air qazana bilər.
Azərbaycanın qazandıran kredit kartı olan Worldcard geniş alış-veriş şəbəkəsi ilə sizlərəbu kimi fürsətləri təqdim etməkdən qürur duyur.
Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az və https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Telefon Mərkəzinə müraciət edə bilərsiniz.