Qadin.NET / "Ulduzumla Megafun günləri"

"Ulduzumla Megafun günləri"

“Ulduzumla Megafun günləri” kampaniyası ilə dəyərli hədiyyələr qazanmaq şansını əldən qaçırmayın!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti,  “Ulduzumla Megafun günləri” adlı kampaniya keçirir. Kampaniya çərçivəsindəMegafun əyləncə mərkəzində Ulduzum kodundan istifadə edən hər 100-cü abunəçi Ulduzum tərəfdaşlarından dəyərli hədiyyələrlə təltif ediləcək.Ulduzum proqramının istənilən üzvü Megafun əyləncə mərkəzində Ulduzum kassasından balans kartına yüklədiyi məbləğin 50% qədər bonus hədiyyə əldə etməklə yanaşı, Ulduzum tərəfdaşından daha yüksək endirimli kuponlar əldə edəcək. Bütün bu üstünlüklərlə yanaşı Ulduzum istifadəçiləri Megafun balans kartına yüklədikləri hər 20 AZN üçün  10 dəqiqəlik şəbəkədaxili danışıq üçün bonus dəqiqləri qazanacaqlar.
Kampaniyanın müddəti 5 - 25 sentyabr 2014-cü il tarixlərini əhatə edəcək.
Kampaniyadan yararlanaraq hədiyyələr əldə etmək üçün Ulduzum üzvləri aşağıdakılar nəzərə almalıdırlar:
1. Ulduzum abunəçisi 5555 qısa nömrəsinə “*” işarəsini göndərir və 4 rəqəmli şifrə əldə edir. Şifrənin əldə olunması üçün göndərilən SMS- in qiyməti 3 qəpik təşkil edir.
2. Ulduzum üzvü SMS vasitəsilə aldığı şifrəni Megafun kassirinə təqdim edir və Megafun-dan 50% bonus və endirim kuponları əldə edir.
3. Gün ərzində hər bir abunəçi 10 dəfə Ulduzum şifrəsi əldə edə bilər. Alınan hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.
Daha ətraflı məlumat əldə etmək üçün “777” yazıb 5555-ə pulsuz SMS göndərin.
Ulduzum proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.
Tədbirə qoşulmaq üçünbu linkdən istifadə etmək olar: https://www.facebook.com/events/713303595415327/
Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində Ulduzum proqramına 500.000- dən çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.
Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.
www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və  daha ətraflı məlumatı əldə etmək olar.

*  *  *

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

5 sentyabr 2014
GO BACK