Qadin.NET / SamsungStore – indi Gəncədə!

SamsungStore – indi Gəncədə!

Gəncə şəhərində «IntegralPlus» pərakəndə şəbəkəsinin SamsungStore monobrend mağazası açılıb.
Ən son mobil telefon modelləri, planşetlər, “ağıllı televizorlar”, unikal nümayiş zonası... Artıq bunların hamısından tək Bakı və Sumqayıtda deyil, həm də Gəncə şəhərində zövq almaq olar. "İntegral Plus" pərakəndə şəbəkəsinin yeni SamsungStore monobrend mağazası Heydər Əliyev prospekti, 149 ünvanında yerləşir. Sentyabrın 1-də SamsungStore Gəncə mağazasının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimdə “Samsung Electronics” şirkətinin Qafqaz regionu üzrə Direktoru Sanq Pil Çan, "Samsung Stor  by İntegral PLus" şirkətinin rəhbəri Ramin Dadaşov və "İntegral" QSC şirkətinin başçısı Oqtay Qurbanov iştirak ediblər.
Müştərilərə daha yaxın olmaq üçün İntegral şirkəti satış şəbəkəsini inkişaf etdirməkdə davam edir. Gəncədə Samsung Store monobrend mağazasının fəaliyyətə başlaması həm Samsung məhsullarının, həm də “İntegral” şirkətinin mövqelərini Azərbaycan bazarında daha da möhkəmləndirilməsinə xidmət edəcək. Gəncə sakinləri üçün isə Samsung brendinin keyfiyyətli məhsulları daha əlçatan olacaq. Qeyd edək ki, biznes sahəsində bu kimi müsbət tendensiyalar Azərbaycan Respublikası prezidentinin regionların inkişafına yönələn məqsədyönlü daxili siyasəti sayəsində mümkün olmuşdur.
SamsungStore-un Gəncədəki mağazasında Samsung brendinin geniş çeşidli müasir model xətti, həmçinun, zəngin aksessuar seçimi təklif olunur. Bütün bunlarla müştərilər komfortlu şəraitdə, yüksək səviyyəli xidmətlə, rahat şəkildə tanış ola bilirlər.
Samsung firma mağasının əsas fərqliliyi və üstünlüyü - açıq nümayış (demo) zonasının mövcudluğudur. Demo-zonada malları əyani surətdə dəyərləndirmək və onların ən müxtəlif cəhətlərini gözdən keçirmək mümkündür. Burada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq olar. Şəkillərə  baxış, tətbiqilərin yüklənilməsi,  İnternetə  çıxış - bunların hamısı mağazada tam ödənişsiz şəkildə həyata keçirilir.
Integral şirkətinə məxsus İntegral Plus mağazalar şəbəkəsinin çoxsayli satış məntəqələri müştərilərə yüksək keyfiyyətli mallar və peşəkar xidmətlə təmin edir.
Əlavə məlumat üçün *9494 qısa nömrəsinə zəng edin, və yaxud www.integralplus.az saytını ziyarət edin.


SamsungStore – indi Gəncədə!   SamsungStore – indi Gəncədə!   SamsungStore – indi Gəncədə!

"Integral" şirkəti haqqında
"İntegral" şirkəti Azərbaycanın bütün telekommunikasiya bazarında güclü çoxşaxəli diler şəbəkəsidir. Şirkət mobil qurğuların və rabitə xidmətlərinin topdan və pərakəndə satış inkişafına sistemli yanaşma nəticəsində geniş şöhrət əldə etmişdir. Şirkətin fəaliyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərini və respublikanın təxminən 50 regionunu əhatə edir. Samsung Electronics-in rəsmi distributoru İntegral, bu dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğuların satışı ilə yanaşı, ölkənin daima təcrübələrini təkmilləşdirən ən yaxşı mühəndislərinin çalışdığı beynəlxalq səviyyəli servis mərkəzlərində onların keyfiyyətli xidmətini təmin edir.

2 sentyabr 2014
GO BACK