Qadin.NET / "Bizim Tarla" Ramazan bayramınızı təbrik edir!

"Bizim Tarla" Ramazan bayramınızı təbrik edir!

"Bizim Tarla" Ramazan bayramınızı təbrik edir!

İslamın müqəddəs bayramları içərisində Ramazan ayı mühüm yer tutur. İlin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "On bir ayın sultanı" da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. 

Ramazan ayı - orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Ramazan ayı insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Ramazan ayının önəmli məqamlarından biri də, iftar süfrələri açılıb, bizə bəxş olunan nemətlərin Allah yolunda israf olunaraq imkansız, ehtiyacı olan insanlara təqdim edilməsidir.

Təsadüfi deyil ki, ölkəmizdə də Ramazan bayramı rəsmi olaraq dövlət səviyyəsində qeyd edilən bayramlar sırasındadır.

Bu vəsilə ilə, Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilən,  hər bir azərbaycanlının məhsullarını qürürla "yerli məhsul" deyə istehlak etdiyi "Bizim Tarla" markası, Azərbaycan xalqının, eyni zamanda bütün islam dünyasının qarşıdan gələn müqəddəs Ramazan bayramını təbrik edir, ömürünüzün xoşbəxt, ürəklərinizin ümidli, süfrələrinizin şirin və bərəkətli olmasını diləyir!

"Bizim Tarla" markası istehlakçılara təqdim olunandan bugünə qədər beynəlxalq keyfiyyət standartlarına nəzarət edib, milli ağız dadınıza uyğun ev üsulu ilə konserv məhsullarını sizlərə təqdim etməkdən qürur duyur. İstehlakçıların da dediyi kimi "Bizim Tarla" məhsulları evdə hazırlanmış məhsullardan heç də fərqlənmir, əksinə sizlərin rahatlığını təmin edir.

Bayramınız mübarək!

28 iyul 2014
GO BACK