“Worldcard-dan 500 manatlıq təyyarə bileti!” stimullaşdırıcı lotereya kampaniyasının ilkin qalibləri müəyyən olundu.
Yapı Kredi Bank Azərbaycanın Worldcard müştəriləri üçün keçirdiyi #yayfursetleri layihəsi çərçivəsində 1 iyundan başlayaraq “Worldcard-dan 500 manatlıq təyyarə bileti!” tirajlı stimullaşdırıcı lotereya kampaniyası keçirilir. Kampaniya şərtlərinə əsasən ölkə xaricində Worldcard-la 50 manatdan çox alış-veriş edən hər kəs lotereyada iştirak etmək şansı qazanır. Hər 50 manat bir şans deməkdir. Beləliklə daha çox alış-veriş daha çox şans qazandırır. Lotereya çəkilişləri 1-30 iyun 2014-cü il tarixlərində edilən alış-verişlər üçün 4 iyul 2014, 1-31 iyul 2014-cü il tarixlərində edilən alış-verişlər üçün 4 avqust 2014, 1- 31 avqust 2014-cü il tarixlərində edilən alış-verişlər üçün isə 4 sentyabr 2014-cü il tarixlərində keçiriləcəyi planlaşdırılıb.
Beləliklə 1-30 iyun tarixlərində kampaniyada iştirak etmiş Worldcard istifadəçiləri arasında 4 iyul tarixində lotereya çəkilişi keçirilmişdir və kampaniyanın ilk 5 qalibi müəyyən olunmuşdur. Qalib şəxslərin adlarını sizinlə paylaşırıq:
Səfa Məhərrəmova
Fərzəli Əsədov
Tacəddin Mustafayev
Aydın Polat
Melikşah Necmi Acuner
Hər bir qalib 500 manat dəyərində təyyarə bileti qazanmışdır. Qeyd edək ki, digər lotereya çəkilişi 4 avqust-da keçiriləcək.
Kampaniya haqqında ətraflı məlumatı www.worldcard.com.az saytından və *0444 YapıKredi Bank Azərbaycan Telefon Mərkəzindən öyrənə bilərsiniz.