Qadin.NET / Ömür Klinikası - USM müayinə

Ömür Klinikası - USM müayinə

   Özünüzü yorğun, narahat hiss edirsinizsə, daxili orqanlarınızda problem varsa, bu problemlərin səbəbini bilmək üçün ilk növbədə USM müayinəsindən keçməlisiz. Bunun üçün Ömür klinikasında fəaliyyət göstərən USM mərkəzinə müraciət etsəniz, müasir aparatlar vasitəsilə probleminizə dəqiq diaqnoz qoyulacaq.Xəstəliyin vaxtında aşkar edilməsi isə onun müalicəsini asanlaşdırır.Qara ciyər, öd, böyrək, mədəaltı vəzi və zobun müayinəsi burada peşəkar mütəxəssislər tərəfindən aparılır.Müalicə isə diaqnoz dəqiqləşdiriləndən sonra yüz illərin sınağından çıxmış təbii  metodlarla, yəni zəli, ozonoterapiya, balla massaj, iynəbatırma və s. vasitəsilə həyata keçirilir.
   Ürəyinizdə ağrı, sıxıntı varsa, ürəkdöyünmə, təngənəfəslik, boğulma sizi narahat edirsə, yenə də inamla Ömür klinikasının USM mərkəzinə müraciət edə bilərsiniz.Burada rəngli doppler exokardioqrafiya vasitəsilə ürəyin bütün patologiyalarının erkən diaqnostikası mümkündür.Son vaxtlar geniş yayılan  problemlərdən biri də aşağı ətraflarda genişlənmiş venaların və trombların olmasıdır. Artıq çəkisi olan, şəkərdən əziyyət çəkənlərdə bu xəstəlik daha çox müşahidə olunur.Ömür klinikasında arteriya və venaların müayinə və müalicəsi damar cərrahı tərəfindən həyata keçirilir.Doppler müayinəsindən sonra diaqnoza uyğun olaraq  pasientə ya təbii üsullarla kompleks müalicə, ya da müasir lazer  aparatı vasitəsi ilə  genişlənmiş damarların yox edilməsi və skleroterapiya təyin olunur.Bu zaman nəinki xırda kapilyarlar, hətta orta ölçülü genişlənmiş damarları da müalicə etmək mümkündür.
   Ömür klinikasında transkranial doppler vasitəsiilə beyin-qan dövranı çatışmazlıqlarının erkən diaqnostikası da həyata keçirilir.Xüsusilə baş ağrıları, baş gicəllənmələr, əldə və ayaqda keyləşmələr olduqda mütləq bu müayinədən keçmək lazımdır.
   “Ömür” klinikasında daha bir yenilik! Əgər vaxt itirib klinikaya  gəlmək istəmirsinizsə, sizə 4D rejimli  ultrasəs aparatı vasitəsilə evdə müayinə olumaq  imkanı veririk.Son modelli bu aparatla qarın boşluğu orqanlarının, zobun və ginekoloji orqanların  dəqiq müayinəsini aparmaq mümkündür.Peşəkar həkimlərimiz  həmişə- istirahət və bayram günlərində də sizin xid-mətinizdədir.
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/14
Telefon:  012 464 86 08,   012 464 86 09, 050 323 35 56   

Facebook səhifəsi: https://www.facebook.com/omurclinic

Ömür Klinikası - USM müayinə  Ömür Klinikası - USM müayinə  Ömür Klinikası - USM müayinə  Ömür Klinikası - USM müayinə
17 iyun 2014
GO BACK