Qadin.NET / "Safeguard"-dan uşaqlar üçün bayram və müsabiqə

"Safeguard"-dan uşaqlar üçün bayram və müsabiqə

Uşağınız 6-10 arası yaşdadır və  gözəl şəkil çəkir? O zaman, sizə Safeguard antibakterial sabun markasının  təşkil etdiyi uşaq rəsm müsabiqəsinə tələsmək lazımdır. Müsabiqədə iştirak etmək üçün uşaq "Ana, məni mikroblardan qoru!" mövzusunda şəkil çəkməlidir. Rəsmlərin qəbulu 20 aprel 2014-cü ilədək həyata keçiriləcəkdir. İştirak etmək istəyən hər bir şəxs, öz uşağının rəsmini 15:00-dan 21:00-a qədər Park Bulvar alış-veriş mərkəzinin 3-cü mərtəbəsində (kafe və restoranların yaxınlığında) Safeguard nümayəndələrinə təqdim etməlidir.  Qiymətləndirmə iki yaş qrupu (6-8 yaş və 9-10 yaş) üzrə həyata keçiriləcəkdir və nəticədə hər bir yaş qrupundan bir qalib seçiləcəkdir. Hər bir qalib 500 manat dəyərindəki üç hədiyyədən birini seçmək hüququna malikdir: velosiped, planşet və ya video-kamera. 
26 aprel 2014-cü il saat 18:00-da isə Park Bulvar alış-veriş mərkəzində "Təmiz əl" uşaq bayramı keçiriləcəkdir və hər yaş qrupundan uşaqlar və onların valideynləri həmin tədbirə dəvətlidir. Burada sizin uşağınız, həm əllərin yuyulması qaydaları haqqında öyrənə və onun əhəmiyyətini dərk edə, həm də həmyaşıdları arasında şən vaxt keçirə bilər. Ən maraqlısı isə – Safeguard nümayəndələrin sürprizidir. Tədbirdə "ən uzun təmiz əl zənciri" təşkil olunması nəzərdə tutulmuşdur. Əllərini Safeguard antibakterial sabunu ilə yumuş bütün uşaqlar əl-ələ tutaraq yallı gedəcəklər. Beləliklə, valideynlər mikrobların əldən-ələ ötürülməsinə görə narahat qalmayacaqlar.
Daha ətraflı məlumat əldə etmək və müsabiqə qaydaları ilə tanış olmaq üçün "Procter and Gamble" şirkətinin aşağıdakı facebook səhifəsini ziyarət edin: https://www.facebook.com/notes/qadınlar-klubu
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

11 aprel 2014
GO BACK