Qadin.NET / Wellington - Novruz bayramınız mübarək!

Wellington - Novruz bayramınız mübarək!

Wellington - Novruz bayramınız mübarək!
Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Bu vəsilə ilə, Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan,  Yeni Zelandiyadan 100% kərə yağı - "Wellington" markası Azərbaycan xalqının Novruz bayramını təbrik edir, sevimli bayramın sizlərə sağlamlıq, dinclik, xoşbəxtlik, bolluq və bərəkət gətirməsini diləyir!

Tam gigiyenik şəraitdə, beynəlxalq standartlara uyğun olaraq hazırlanmış "Wellington" kərə yağları əsl Yeni Zelandiya yağıdır və tərkibində duz yoxdur.  Çəki və paket formalarında istehsal olunan Wellington" kərə yağı istifadədə rahatlığı, rəngi, keyfiyyəti, ətri ilə yemək və süfrələrinizin əvəzolunmaz dadıdır!

Bayramınız mübarək!

20 mart 2014
GO BACK