"Bizim Tarla": Bayramınız mübarək!
Xanımların həyatında konserv məhsulları dövrü Bizim Tarladan əvvəl və sonrakı dövrə bölünür. Bizim Tarla məhsulları istehsalından əvvəlki dövrdə xanımlar bütün yayı evdə konserv məhsulları bağlamaqla keçirirdilər. İndi isə, evdə hazırlanmış kimi ləzzətli olan Bizim Tarla konservləri olduğu üçün xanımların həyatı rahatlaşıb və bütün yayı sevdiklərinə daha çox vaxt ayıra bilirlər.
Bizim Tarla markasının adı Biləsuvarda yerləşən 34000 hektarlıq tarladan götürülmüşdür. Markaya aid olan bütün məhsullar tarlada təbii yolla yetişdirilən tərəvəzlərdən və meyvə bağlarından toplanan təbii meyvələrdən hazırlandığı üçün Bizim Tarla marka adı verilmişdir. İlk dəfə 2006-cı ildə bazara daxil olan Bizim Tarla markası ilə təqdim edilən məhsulların istehsalı zamanı xam malların təbiiliyi və qiqiena böyük əhəmiyyət kəsb edir.
Tarladan yetişdirilən tərəvəzlərdən istehsal edilən yaşıl noxud, soyulmuş pomidor, "Bizim Tarla" tomat pastası, müxtəlif turşular, tərəvəz yeməyi və Azərbaycanın fərqli zonalarının meyvə bağlarından toplanan meyvələrlə hazırlanan kompotlar və mürəbbələr qısa müddət ərzində istehlakçıların sevgisini və etibarını qazanmışdır.
Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilən, hər bir azərbaycanlının məhsullarını qürürla "yerli məhsul" deyə istehlak etdiyi "Bizim Tarla" markası, istehlakçılara təqdim olunandan bugünə qədər beynəlxalq keyfiyyət standartlarına nəzarət edib, milli ağız dadınıza uyğun ev üsulu ilə konserv məhsullarını sizlərə təqdim etməkdən qürur duyur!
Bu gün 8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü, Beynəlxalq qadınlar günüdür!
Xanımların həyatını rahatlaşdıran, onların dəyərli zamanlarını sevdiklərinə, ailələrinə həsr etməsini təmin edən "Bizim Tarla" markası olaraq fədakarlıq, sevgi, səbr və gözəlliyi özündə birləşdirən Azərbaycan xanımlarını təbrik edirik! Əziz xanımlar, hər zaman su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalmanızı diləyirik.
Bayramınız mübarək!