“Bakcell”dən CİN abunəçilərinə Novruz sovqatı
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bütün xüsusi tarixlərdə olduğu kimi Novruz Bayramı ərəfəsində də abunəçilərini düşünərək yeni kampaniyaya start verir.
1 mart 2014-cü il tarixindən etibarən CİN abunəçiləri hər dəfə balanslarına minimum 2 AZN yükləyərkən ölkədaxili bütün zənglər üçün 10 dəqiqə bonus əldə edəcəklər. Bonus dəqiqələr almaq üçün edilən yükləmələrin sayına məhdudiyyət qoyulmur, yəni abunəçinin kampaniya müddətindədəfələrlə balansı artırmaqla daha çox pulsuz dəqiqələr qazanmaq şansı var.
Kampaniya 24 mart 2014-cü il tarixinə qədər aktiv olacaq.
“Bakcell”in CİN abunəçilərinə təqdim etdiyi bu unikal fürsətdən yararlanmaq üçün sadəcə, 5540 qısa nömrəsinə pulsuz SMS yollamaqla kampaniyaya qoşulmaq yetərlidir. İNFO yazıb 5540 nömrəsinə göndərməklə kampaniya haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Novruz kampaniyası çərçivəsində toplanan pulsuz dəqiqələr yalnız 20-24 mart tarixləri müddətində istifadə oluna bilər. Bu müddətdə istifadə edilməyən dəqiqələr kampaniya başa çatdıqdan sonra silinəcək.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.