Qadin.NET / "Buta Sığorta"dan unikal sığorta polisi

"Buta Sığorta"dan unikal sığorta polisi

"Buta Sığorta"dan unikal sığorta polisi

Azərbaycanın qabaqcıl sığorta şirkətlərindən biri olan Buta Sığorta fərdi müştərilər üçün yeni unikal sığorta məhsulunu – “Könüllü fərdi tibbi sığorta”-nı satışa çıxartdığını elan edir. Azərbaycan bazarında bənzəri olmayan bu məhsul, sığorta olunanları ölkənin istənilən regionunda tibbi xidmətlə təmin edir. Həmçinin yeni xidmət həftənin 7 günü, günün 24 saatı ərzində tibbi məsləhətlər almaq üçün Buta Sığorta’nın həkim-koordinatorlarına müraciət etmək fürsəti yaradır.

“Könüllü fərdi tibbi sığorta” məhsulunun bənzərsizliyi ondan ibarətdir ki, adi tibbi sığorta polislərində istisna təşkil edən bir çox ciddi xəstəlikləri, məsələn xərçəng, miokard infarktı, orqan köçürülməsini də əhatə edir. Hal-hazırda, əsasən xərçəng və ürək-damar sistemi xəstəlikləri əhalinin sağlamlığına təhlükə yaradır, onların müalicəsi də səhiyyədə ən bahalı xidmətlərdən biri hesab olunur. Ona görə də Buta Sığorta, 10 000-dən 50 000 AZN-dək sığorta ödəniş məbləği nəzərdə tutur, bu isə bütün xəstəxana xərclərini tamamilə ödəmək imkanı yaradır.

Məhsula dair ətraflı xüsusiyyətlər rahat paketlər şəklində və hər bir paket üzrə ayrıca qiymətlərlə təqdim olunur. Büdcəniz üçün ən optimal tibbi sığorta paketi əldə etməklə, xəstəlikləriniz üzrə bütün müalicə xərclərinin ödəniləcəyinə Buta Sığorta’dan tam zəmanət alacaqsınız. Başqa sözlə, “Könüllü fərdi tibbi sığorta” digər sığorta polislərini əvvəlcədən ucuz qiymətə əldə etmək və sonradan müalicəyə dəfələrlə çox vəsait xərcləməkdən daha rahatdır.

Məhsulun çox əhəmiyyət daşıyan və həlledici xüsusiyyətlərindən biri də onun münasibliyidir – polisi istənilən səviyyədə gəliri olan hər bir şəxs əldə edə bilər. Tibbi sığorta paketlərindən hər hansınısa əldə etmək istəyən, lakin nağd ödəmək imkanı olmayanlar Azərbaycan banklarının kredit kartlarından da (Bolkart və WorldCard) istifadə edə bilərlər. Beləliklə, bütün Bolkart istifadəçiləri polisin dəyərini 2-dən 12 ayadək bölməklə, WorldCard sahibləri isə müvafiq olaraq 6-12 aya bölüb ödəyə bilər.

Tibbi sığortanı rəsmiləşdirmək üçün Buta Sığorta’nın ofislərinə, həmçinin Bank of Baku’da, Baku Electronics, Mobitel, CompUS, Bermud City və Timsport mağazalarında yerləşən Buta Express’ə müraciət etmək kifayətdir.

Məhsul barədə daha ətraflı məlumat üçün www.buta24.az saytına daxil olun və ya günün istənilən vaxtı (012) 990 nömrəsinə zəng edin.

26 fevral 2014
GO BACK