Qadin.NET / Worldcard-dan SMS Bankçılıq

Worldcard-dan SMS Bankçılıq

Worldcard-dan SMS Bankçılıq

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard, SMS bankçılıq xidmətini aktivləşdirdi.

SMS bankçılıq xidmətindən istifadə etməklə Worldcard və PulKart hesablarına dair məlumatlarıqısa mesaj (SMS) vasitəsilə əldə etmək mümkündür. Bunun üçün “9444” nömrəsinə istək mesajı göndərmək kifayətdir.

Bu xidmətdən faydalanmaqla hər bir müştəri vaxtına qənaət etməklə yanaşı, filiala yaxınlaşmadan və zəng etmədən qısa zaman ərzində hesabına dair məlumatları əldə edə bilər.

SMS Bankçılıq xidmətini necə istifadə etmək olar?

İstifadə etmək üçün  xidmətin adını (açar sözü) yazaraq boşluq buraxıb və kredit kartının kartın üzərində qeyd olunan 16 rəqəmli kodun son 6 rəqəmini qeyd edərək (Nümunə: cari 123456) “9444” nömrəsinə göndərmək lazımdır.

Worldcard Açar sözlər

 

Açar söz

Təyinat

Cari

 

Kartın cari borcu haqqında məlumat

Faktura

 

Kartın son hesab bildiriş borcu haqqında məlumat

Minimum

 

Kartın son ödəmə tarixi və minimum ödənişi haqqında məlumat

Limit

 

Kartın istifadə edilə bilən limiti haqqında məlumat

Bal

 

Kartın istifadə edilə bilən bal məbləği haqqında məlumat

PulKart Açar Sözlər

 

Bal

Kartın istifadə edilə bilən bal məbləği haqqında məlumat

Balans

Kartın cari hesab balansı haqqında məlumat

Qeyd: Hazırda bu xidmətdən yalnız Azercell abunəçiləri yararlana bilər. Lakin qısa zaman kəsiyində digər mobil operator istifadəçiləri də, SMS bankçılıq xidmətinə qoşulacaqlar.  Məlumat yalnız sistemdə qeydiyyata alınmış nömrə üzrə mümkündür. Yalnız *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edərək Təhlükəsizlik mərhələsindən keçdikdən sonra qeydiyyatda olan nömrəni digəri ilə əvəzləmək olar.  “9444” qısa nömrəsinə göndərilən SMS-in qiyməti  Azercell istifadəçiləri üçün (daxili) adi SMS dəyərindədir. 

27 yanvar 2014
GO BACK