Qadin.NET / Wellington: Yeni iliniz mübarək!

Wellington: Yeni iliniz mübarək!

Bu gün Dünya Azərbaycanlıları iki bayramı qeyd edir!

Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. 
Dünyanın hər yerində bütün insanlar Yeni ildən  xoş möcüzələr, yeni uğurlar gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrılıqda dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Bu vəsilə ilə, Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olan,  Yeni Zelandiyadan 100% əridilmiş kərə yağı - "Wellington" markası Azərbaycan xalqını  birlik və bərabərliyin təntənəsi olan Dünya Azərbaycanılılarının Həmrəyliyi günü və eyni zamanda Yeni ilin gəlişi münasibəti ilə təbrik edir, sevimli bayramların sizlərə sağlamlıq, dinclik, xoşbəxtlik, bolluq və bərəkət gətirməsini diləyir!

Yeni Zelandiyadan 100% əridilmiş "Wellington" kərə yağı xüsusi rahat qablarda dadınıza çatır. "Wellington" əridilmiş kərə yağı əsl Yeni Zelandiya yağıdır və tərkibində duz yoxdur.  0, 910 qramlıq dəmir qablaşdırmalarda istehsal olunan "Wellington" kərə yağı xanımlarımızın işini daha da asanlaşdırdı. Artıq kərə yağını sobada əridib saxlamağa ehtiyac yoxdu. "Wellington" əridilmiş kərə yağları istifadə də rahatlığı, rəngi, keyfiyyəti və ətri ilə yeməklərinizin əvəzolunmaz dadıdır.

Bayramınız mübarək!

31 dekabr 2013
GO BACK