Qadin.NET / Kanal S - 5 YAŞ

Kanal S - 5 YAŞ

  Respublikada gedən inkişaf, şimal-qərb bölgəsində yeni televiziyanın fəaliyyətə başlaması zərurətini ortaya çıxarırdı. Nəhayət, bu addım atıldı.
  2008-ci il dekabr ayının 29-da "Kanal S" Şəkidə fəaliyyə başladı. Bu, nəinki Şəki, region üçün böyük hadisə idi. Təzə-təzə qədəmlərini atmağa başlayan "Kanal S" çox keçmədi ki, özünə geniş tamaşaçı auditoriyası toplaya bildi. Fəaliyyətini xəbərlər proqramı ilə başlayan "Kanal S" telekanal olaraq, efir məkanında yerini aldı. Həmin gün xəbərlər proqramının ardından "Kanal S" özünün möhtəşəm açılış konserti ilə fəaliyyətə başlamasını rəsmiləşdirdi. Açılışa gələn şəhər rəsmiləri və qonaqlar bu sevinci "Kanal S"in kollektivi ilə bölüşdülər...   
Məlumat üçün qeyd edək ki, "Kanal S" Televiziya Şirkətinin inzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 21-ci kanallardan ölkənin 70 % -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yaxın zamanlarda yayım əhatəsinin genişləndiriləcəyi gözlənilir. Kanal müasir standartlara cavab verən texniki avadanlıqlar və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal S"-dədir.
   "Kanal S" 7 departamentdən ibarətdir:  Xəbərlər,  Bədii və Yaradıcılıq departamenti,  Proqram departamenti,  Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti,  Maliyyə və Kadrlar departamenti,  Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Telekanalın həftəlik yayım həcmi 168 saatdır. Yayımın 75%-ni televiziyanın öz istehsalı olan proqramlar, 5%-ni ölkə ərazisində, 20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir. “Sizə hamıdan yaxınıq” devizini əsas götürən şirkətin prioriteti operativlik və obyektivlikdir...

  Bu gün isə qeyd edildiyi kimi "Kanal S"-in 5 yaşı tamam olur!
  Biz Qadin.Net kollektivi adından kanalın direktoru Rəşad bəy Məmmədov cənablarını və onun timsalında bütün "Kanal S" əməkdaşlarını bu "xüsusi bayram" münasibəti ilə səmimi qəlbdən təbrik edir, kanalın hər bir əməkdaşına bolluca yaradıcılıq uğurları arzulayırıq!
   Arzu edirik ki, qısa zamanda çoxlarının sevimli kanalına çevrilmiş "Kanal S" eyni ampulada daha çox qəlbi fəth etsin!

  Ad gününüz mübarək, əziz dostlar!

  Qeyd edilən məqamlardan sonra təsadüfi deyil ki, son zamanların maraqla izlənilən tok-şoularından birinə "ev sahibliyini" məhz "Kanal S" televiziyası edir. Söhbət hərkəsin sevimlisi, əməkdar artist Sənubər İsgəndərlinin təqdimatında efirə gedən "Gəlin danışaq" telelayihəsindən gedir. Veriliş həftə içi hər gün (1-5-ci günlər) saat 16:45-də yayımlanır. Verilişin informasiya dəstəyi www.qadin.net saytıdır. Hər günün sonunda, həmin gün üçün olan verilişin videoyazısını saytdan izləyə bilərsiniz.

  29 dekabr 2013-cü ildə saat 18:00-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında "Kanal S"-in yaradılmasının 5 ilinin tamam olması ilə bağlı tədbir keçiriləcək. Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, həmçinin "Natiq Ritm Qrupu" xüsusi konsert proqramı ilə çıxış edəcək.

29 dekabr 2013
GO BACK