Azərbaycan bazarına yeni Nar şirəsi təqdim olundu!
Saville markası istehlakçılarına növbəti tövhəsini təqdim etdi.
Davamlı və israrlı çalışmalar nəticəsində Saville Nar Şirəsi məhsulu hazırlanıb ərsəyə gətirildi. Saville Nar şirəsinin əsas özəlliyi seçmə meyvələrdən hazırlanması, 100% təbii olması, konsentratsız və şəkərsiz olmasıdır. Məhsulun xammalını Biləsuvar rayonunda 310 hektar sahədə salınmış Nar bağları təmin edir. İstehsal prosesinin ən son texnologiya əsasında aparılması, məhsulun keyfiyyət dəyərlərinin ən yüksək səviyyədə olmasını təmin edir. Avtomatik şəkildə nar dənəciklərinin qabığından ayrılması, nar şirəsinin 3 mərhələdə süzgəcdən keçməsi məhsulun ləzzətli, şəffaf və çöküntüsüz olmasını təmin edir.
Saville Nar şirəsini Azərbaycan istehlakçılarına daddırma məqsədi ilə Park Bulvar ticarət mərkəzində tədbir keçirilmişdir. Olduqca xoş görüntülü, maraqlı proqram ziyarətçilərin diqqətini cəlb etmiş və əlbəttə 100% təbii Saville Nar şirəsi qonaqlara ikram olunmuşdur. Təxminən, 1500 ziyarətçi məhsulun dadına baxmış və dadından, keyfiyyətindən məmnun qalmışlar.
İstehlakçılar Saville “Nar şirəsi 500ml” – 100% təbii nar şirəsini artıq şəhərimizin bir çox super marketlərindən əldə edə bilərələr.
Saville Nar şirəsinin nəinki Azərbaycan, həmçinin Rusiya, Qazaxstan, Amerika və İrak kimi xarici ölkə bazarlarında da istehlakçılara təqdim edilməsi hədəflənib.
Nar meyvəsinin vətəni Azərbaycandır. Qədim zamanlardan Şərqdə nar “meyvələrin şahı” sayılır. Hətta hesab olunur ki, məhz nar kralların baş geyimi olan tacı insanlara təlqin etmişdir. Bildiyimiz kimi, nar faydalı məhsul olduğu qədər təbii, konsentratsız, şəkərsiz nar şirəsi ləzzətli içki olmaqla yanaşı çox faydalı məhsuldur.
Nar Şirəsinin əsas faydaları aşağıdakı kimi bəlirlənmişdir:
• A, C və E vitaminlərlə zəngindi
• Qan azlığını aradan qaldırır
• Həzm sistemini yaxşılaşdırır
• Tərkibindəki çoxlu sayda antioksidantlar qocalma prosesinə mane olur
• Bədənin ümumu piylənməsinin qarşısını alır
• Əsəblərin sakitləşməsinə təsir göstərir
• Şəkərli diabet xəstələri üçün əvəzsiz içkidir
Azərbaycan istehlakçılarına tövsiyyəmiz odur ki, nar şirəsi aldıqda onun tərkibinə, konservantsız, səkərsiz olmasına, qablaşdırma formalarına diqqət yetirsinlər. Nar şirəsi 100% təbii olduğu halda sağlamlıq üçün fayda və dəyər daşıyır.