Qadin.NET / Yeni Zelandiyanın bir sirri...

Yeni Zelandiyanın bir sirri...

Yeni Zelandiyanın bir sirri...

Yeni Zelandiya sahilləri öz təbii gözəlliyi, münbit əraziləri, təmiz gölləri və çayları, dünyaca məşhur buzlaqları və meşələri ilə tanınır. Bu ərazi Sakit okeanın cənub qərbində yerləşir. İki böyük adadan - Şimal ada və Cənub adalarından və çoxsaylı kiçik adalardan ibarətdir.

Okean sahillərinin yumşaq və yağıntılı iqlim şəraiti il boyu yaşıl otlaqların mövcud olmasına şərait yaradır. Bu da, öz növbəsində,  heyvandarlıq və süd məhsulları sənayesinin inkişafı üçün münbit şərait yaradır. Şərq sahillərindən fərqli olaraq qərb sahilyanı bölgələr daha yumşaq iqlimə malikdir.

Yeni Zelandiyanın cənub adasının qərb sahili Westland adlanır və digər bölgələr ilə müqayisədə Westland-da günəşli saatların miqdarı daha çoxdur. Westgold yağının diyarı olan bu bölgədə ilin böyük hissəsi subtropik iqlim şəraiti müşahidə olunur. Dağların və çəmənliklərin yamyaşıl örtüyü buna əyani sübutdur. Bol yağıntı və il ərzində 2 000 saatlıq günəşli hava şəraiti yaşıl otlaqların inkişafına müsbət təsir göstərir. Əlverişsiz hava şəraitində isə inəklər xüsusi qaydada konservasiya olunan yaşıl ot yeyirlər.İl ərzində yaşıl ot yeyən Westgold inəklərinin südü daha təbii və dadlı olur. Bu süddən hazırlanan Westgold yağı da süddə olan təbii qaymaq dadını qoruyur. Yeməklərə xüsusi damaq dadı qatan Westgold yağının sirri məhz bu təbii qaymaq dadıdır.

17 dekabr 2013
GO BACK