Qadin.NET / “Yapikredi Bank Azərbaycan” 16-cı filialını Həzi Aslanovda açdı

“Yapikredi Bank Azərbaycan” 16-cı filialını Həzi Aslanovda açdı

Günbəgün böyüyən Yapı Kredi Bank Azərbaycan filial şəbəkəsini genişləndirməyə davam edir.
 Bakıda daha bir Yapı Kredi Bank Azərbaycan filialı yeni ünvanda, Həzi Aslanovda  fəaliyyət göstərməyə başlayıb. Bakı şəhəri, Məhəmməd Hadi küç., 80 ünvanında yerləşən filial fiziki və hüquqi şəxslərə müxtəlif çeşiddə bank xidmətləri göstərir. Filialda pul köçürmək, istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, Worldcard müraciət, Worldcard borc ödəmə, İnternet Bankçılıq və bu kimi bir çox digər xidmət və məhsullardan faydalanmaq olar. 
 “Yapı Kredi Bank Azərbaycan”ın  “Həzi Aslanov” filialı Bazar Ertəsi – Cümə saat 9:00-dan 17:00-a kimi müştərilərin xidmətindədir.Filial ilə əlaqə yaratmaq üçün tel: (+994 12) 437 16 40 , fax: (+994 12) 437 16 41 nömrələrindən istifadə edə bilərsiniz.
 Hal-hazırda “Yapı Kredi Bank Azərbaycan”ın  16 filialı fəaliyyət göstərir. Onlardan “Baş Ofis – Müştəri Xidmətləri”, “28 May”, “Azadlıq”, “Səbail” , “Əhmədli”,” Elmlər “,Babək”, “Memar Əcəmi”, ”Cəfər Cabbarlı”, ”Babək Plaza Şöbəsi”, “Dərnəgül ”,“Nərimanov Metropark ”,”Həzi Aslanov”,“ Hilton otelinin daxilində mübadilə ofisi” paytaxt Bakı şəhərində, digərləri  isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Bununla yanaşı bankın 26 ATM və 1900-dən çox POS Terminalı mövcutdur.
“Yapı Kredi Bank Azərbaycan”-nın digər  filial şəbəkələri barədə daha ətraflı məlumatı
 Yapı Kredi - Filiallar
             Bank ilə bağlı əlavə məlumatı  www.yapikredi.com.az   ünvanından və 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.Həmçinin
Yapı Kredi - Facebook
  səhifəsindən də bank ilə bağlı suallarınızı ünvanlaya bilərsiniz.

5 dekabr 2013
GO BACK