“Yapı Kredi Bank Azərbaycan” Beynəlxalq Əmanət Günü ilə bağlı aksiyalarda iştirak etdi
“Yapı Kredi Bank Azərbaycan” 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə sosial aksiyada iştirak edib.
25-26 noyabr 2013-cü il tarixlərində “Yapı Kredi Bank Azərbaycan” -nin nümayəndələri Bakı şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına məktəbi və 6 sayli orta məktəbi ziyarət edib, şagirdlərə əmanətlər barədə geniş məlumat veriblər.Onları maraqlandıran sualları cavablandırmaqla yanaşı şagirdlərə gələcək nailiyyətləri barədə tövsiyyələr də verdilər.Sonda şagirdlərə Beynəlxalq Əmanət Gününü əks etdirən hədiyyələr təqdim olundu.
Azərbaycanda bu kimi aksiyaların keçirilməsində başlıca məqsəd bank sektoruna olan güvənin artması və insanların maliyyə savadlılığının daha da güclənməsidir.
Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.