Qadin.NET / Futbol: bir oyundan daha artıq

Futbol: bir oyundan daha artıq

Futbol: bir oyundan daha artıq

Bankçılıq bir çoxlarının arzuladığı peşələrdən biridir. Məktəb və tələbəlik illərində böyük ofislərdə səliqəli görünüşləri ilə diqqətimizi çəkən bank işçilərinə hər zaman heyranlıqla baxmışıq. Hətta digər peşə sahibləri də nədənsə bir bankçıya dünyanın ən rahat işini görən şəxs kimi yanaşıb.  Lakin daim gülərüzlü, səliqəli görkəmi və  nəzakətli danışıq tərzi ilə səciyyələndirilən “ən rahat iş sahibləri”-nin kifayət qədər çətinlikləri  var. 

Əvvəla hər bir bank işçisi bir risk daşıyıcısıdır. Daim rəqabət və təzyiq altında çalışır. O, sərt hesabatlılığa və daimi nəzarətə əsaslanan bir sistemin tərkib hissəsi olmaq kimi məsuliyyətli bir işin sahibidir. Şəxsi problemlərini işdə biruzə verməməli, çalışdığı bankın daxili və xarici müştəriləri ilə münasibətləri qoruyub inkişaf etdirməklə çalışdığı bankın etik prinsiplərinə zidd getməməlidir. Əslində bir çoxlarının həsəd apardığı bu insanlar rutin işlər, daimi hesabatlılıq və iş yükündən bir çox hallarda sosial həyatlarına  lazımi qədər  vaxt ayıra bilmirlər. Bu mənada bankların həyata  keçirdiyi bəzi layihələr işçilərin sosial aktivliyinin artmasına böyük töhvədir. Belə layihələrdən birinə də “Yapı Kredi Bank Azərbaycan” QSC imza atıb. Belə ki, mehriban iş mühitinin yaradılması, monoton və gərgin iş həyatına əlvan çalarlar qatmaq üçün bank daxilində futbol çempionatı keçirilir. Məqsəd bank işçilərinin asudə vaxtının səmərəli təşkili, işçilər arasında dostluq əlaqələrinin formalaşdırılması və birliyin  möhkəmləndirilməsinə çalışmaqdır. Əslində sadaladıqlarımızın hamısını bir arada həyata keçirmək üçün futbol yarışlarının təşkili ən  uğurlu seçimlərdən birdir. Sevindirici hal isə nə az nə çox düz 130 nəfərdən çox iştirakçının bu layihəyə dəstək verməsidir. Azarkeşləri də nəzərə alsaq, bütün bank heyəti bu layihənin bir tərkib hissəsi  oldu. İlk baxışdan düşünülə bilər ki bu layihə gender bərabərliyini pozur və yalnız oğlanları özündə ehtiva edən bir layihədir. Lakin layihəyə xanım həmkarlarımızın böyük rəğbəti və marağı gözlədiyimizdən də  artıq oldu və onların bu dəstəyi  futbol yarışımıza əlavə  həyacan qatdı. Təbii ki, bir bank olaraq layihənin uğurlu alınması üçün yarana biləcək riskləri öncədən müəyyənləşdirdik və lazımi tədbirlər gördük. Bunlardan ən əsası isə “fair play” – ədalətli oyun - qaydalarına əməl edilməsi ilə bağlı oldu. Bank rəhbərliyi çempionat başlamadan öncə bu məsələnin vacibliyini yarış iştirakçılarının nəzərinə çatdırdı. Futbolun emosiyalarla dolu bir idman yarışı olduğunu nəzərə alsaq, hisslərin cilovlanmaması ucbatından həmkarlar arasında münasibətlər zədələnə bilərdi. Yarışmanın daha ədalətli təşkili və oyunların obyektiv idarə olunması üçün  AFFA ilə müəyyən razılığ əldə olunaraq çempionata professional hakimlər cəlb olunub.

Turnirin təşkilatçılıq və reqlament məsələləri də ən yüksək səviyyədə həllini tapıb. Hər bir komandanın fikirləri dinlənilərək optimal qərarlar qəbul olunub. Hazırda yarışma üçün şəhərimizdə mövcud stadionlardan ən yaxşılarından biri seçilib. Komandalar üçün isə müxtəlif nominasiyalar üzrə mükafatlar müəyyənləşdirilib.  Bunun üçün kubok, medal və diplomlar alınıb. Turnirə bank işçiləri arasında böyük marağın olduğunu nəzərə alıb hər oyun üçün bank çalışanlarından fotoqraflar müəyyənləşdirilib. Fotoqraflar hər oyundan sonra bankımızın sosial şəbəkələrdə yarışmanın həyəcanlı anlarının şəkillərini paylaşırlar. 

İnanırıq ki, bu turnirin sonunda da qarşıya qoyulan məqsədlərə nail olaraq, bu uğurlu layihənin həyata keçməsinin sevincini yaşayacağıq. Turnirin qalibi isə dostluq və “Yapı Kredi Bank” dəyərləri olacaq.

27 noyabr 2013
GO BACK