Yapı Kredi Bank 28 oktyabr 2013 tarixindən etibarən İnternet Bankçılıq xidmətini müştərilərinin istifadəsinə verib. Artıq bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaqla, banka aid olan əməliyyatları vaxt itirmədən, internetin olduğu hər yerdən və istənilən vaxt həyata keçirmək mümkündür. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər.
Yapı Kredi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, eyni zamanda, Worldcard borcunu avtomatik olaraq ödəmək və hesab bildirişini çap etməkdir.
Ən əsası da odur ki, Yapı Kredi İnternet Bankçılıq xidmətində hesabların təhlükəsizliyini təmin etmək üçün müştərilərə Ağıllı SMS və Ağıllı Açar kimi əlavə təhlükəsizlik vasitələri təklif edilir. Bunlar istifadəçilərin bank hesablarının daha təhlükəsiz olması üçündür.
Xidmət haqqında ətraflı məlumatı bankın 24 saat fəaliyyət göstərən *0444 Telefon Mərkəzindən və ya http://www.yapikredi.com.az internet səhifəsindən əldə edə bilərsiniz.