Qadin.NET / Yapı Kredi Bank Azərbaycan-dan 5 % endirimlə zaminsiz kreditlər

Yapı Kredi Bank Azərbaycan-dan 5 % endirimlə zaminsiz kreditlər

 Yapı Kredi Bank Azərbaycan-dan 5 % endirimlə zaminsiz kreditlər

“Yapı Kredi Bank Azərbaycan”  vətəndaşlarımıza sərfəli təklifləri ilə məqsədlərinə daha asan və zamanında çatmağa şərait yaradır. Belə ki, Worldcard’ı olan ya da Worldcard’a müraciət edən dövlət işçiləri üçün xüsusi üstünlüklərə malik kampaniyada təklif olunan krediti dövlət işçiləri 5% endirimlə, üstəlik zaminsiz əldə edə bilərlər.
Kampaniya 1-30  noyabr  2013-cü il tarixləri arasında qüvvədədir və  kredit üçün müraciət edən dövlət işçiləri  5000 AZN-ə qədər fərdi ehtiyac kreditini maksimum  36 ay müddəti və illik minimum  24.79%-dən başlayan FİFD ilə əldə edə bilərlər.
Kampaniyadan yararlanmaq istəyənlər bankın Bakı, Sumqayıt və Gəncədə yerləşən 14 filiallarına şəxsiyyət vəsiqələri və işlədiyi yerdən əldə etmiş arayışları ilə yaxınlaşa bilərlər.
Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı  http://www.yapikredi.com.az/  ünvanından, https://www.facebook.com/YapiKrediAZ  səhifəsindən və *0444  nömrəsinə zəng edərək əldə etmək mümkündür.

1 noyabr 2013
GO BACK