11 Sentyabrda "Worldcard"la alış-veriş edənlərə xərclədikləri məbləğ geri qaytarıldı
“YapıKredi Bank Azərbaycan”-ın təqdim etdiyi "Worldcard" oktyabırın 5-də 1 yaşı münasibəti ilə keçirdiyi lotereyanın şanslı gününü elan edib və qalibləri müəyyənləşdirib.
11 Sentyabrda World Üzv Ticarət Obyektlərində alış-veriş edən kart sahiblərinə qalib olduqları barədə məlumat verilib və onların hər birinin balansına xərclədikləri məbləğ geri yüklənəcək.
Sentyabr ayının 7- 29-u keçirilən kampaniyanın şərtlərinə görə, bu günlərdə World Üzv Ticarət Obyektlərində alış-veriş edən bütün kart sahiblərinə xərclədikləri məbləği geri qazanmaq şansı verilib. Bu tarixlər arasından lotoreya vasitəsilə bir şanslı gün seçilib və bu şanslı gündə alış-veriş etmiş "Worldcard" sahibləri qalib sayılır.
Qeyd edək ki, kampaniya World Üzv Ticarət Obyektlərində edilən alış-verişlər üçün keçərlidir və qaliblərin hər birinin balansına geri yüklənilən maksimum məbləğ isə 2000 AZN olub. Yəni 2000 AZN üzəri alış-veriş edən qalib kart sahiblərinin balansına 2000 AZN yüklənir və qalan məbləğ borc olaraq qeydə alınır.
"Worldcard"la bağlı bütün yenilikləri www.worldcard.com.az saytında və Facebook Fan səhifəsində ( http://www.facebook.com/YapiKrediWorldAZ ) izləyin.